Ermənistan

İrəvan Bakının dediyi ilə razılaşdı - Qriqoryan AÇIQLADI

21 Oktyabr 2024 17:40
Baxış: 1 457
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası ilə bağlı müzakirə vasitəçilər olmadan aparılmalıdır.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan deyib.

O qeyd edib ki, "əgər biz suveren dövlətiksə, Azərbaycanla vasitəçisiz danışıqlar aparmalıyıq".

Qriqoryan qeyd edib ki, mübahisələrin həlli prosesduru çox mürəkkəbdir, lakin üçüncü ölkəni cəlb etsək, maraqların toqquşmasının necə olacağını bilmirəm.

"Vasitəçilər danışıqlarda iştirak etsələr, İrəvan və Bakını özlərindən asılı olmayaraq, məcburi xarakter daşıyan risklərlə üzləşə bilərlər", - o deyib.

Qeyd edək ki, rəsmi Bakı da danışıqların ikitərəfli formatda aparılmasında maraqlıdır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.