Mədəniyyət

Aşiq Molla Cüməyə həsr olunmuş "Musiqi kimliyimiz" layihəsi başa çatib - FOTO

21 Oktyabr 2024 13:57
Baxış: 296
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri Aşıq Molla Cümənin 170 illiyinə həsr olunmuş Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "Musiqi kimliyimiz" layihəsinin bağlanış mərasimi baş tutub.

Bağlanışda Bəxtiyar Qənbəroğlu, Əfqan Məmmədov, Elbrus Hüseynov, Qalib Babaxanov, Saleh Tağıyev, Bəhruz Bağırov, Qənbər Allahverdiyev, Yaşar Məhərrəmov, Firəddin Mehdiyev, Ərəstun Kamalovun ifasında "Şərili, "Şəqayi Gəraylı", "Təbriz Gəraylısı", "Ofşarı",  "Naxçıvanı", "Baş sarıtel", "Kərəm gözəlləməsi", "Koroğlu dubeytisi",  "Hüseyni" səsləndirilib.

Qeyd edək ki, daha əvvəl "Musiqi kimliyimiz" layihəsi Aşıq Ələsgər və Aşıq Şəmşirə həsr olunub.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.