Ölkə

Sovet dövründən qalma standartlar yenilənməlidir - AYNA

21 Oktyabr 2024 15:28
Baxış: 443
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda nəqliyyat infrastrukturunda zolaqların ölçüsü, xətlər, nişanlar və digər məsələlərlə bağlı standartlar yenilənməyib.

Milli.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı regional idarəsinin müdiri Tərlan Səfərov deyib.

O, bildirib ki, ölkədə tətbiq edilən standartlar sovet dövründən qalıb:

"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu istiqamətdə iş aparır. Müəyyən standartlar təqdim edilir və təsdiqlənir. Amma ümumilikdə, bir çox hallarda Rusiyanın yeni təsdiq olunmuş standartlarına baxmağa məcbur oluruq. Eyni zamanda, Avropa ölkələrinin təcrübələrinə baxırıq. Bu təcrübələri ölkəmizdə tətbiq edəndə həmişə onların pilot layihə olduğunu deyirik və həmin standartların bizim yerli standartlara əlavə olunması barədə müvafiq müraciətlər edirik".

"AYNA olaraq Amerika şirkəti ilə əməkdaşlıq edirik. Bütün layihələrdə onların hansısa formada iştirakı həyata keçirilir. Eyni zamanda bizim kollektivdə rusiyalı, türkiyəli, qazaxıstanlı mütəxəssislər də var", - deyə o, əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.