Ölkə

Babək prospektindəki körpüdən niyə su axır? - AÇIQLAMA - VİDEO

21 Oktyabr 2024 13:46
Baxış: 593
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Görün körpüdən necə su axır. Yağış da yağmır. Guya bunu təmir etmişdilər. Bu günlərdə ölkəmizdə əlamətdar bir tədbir üçün bütün işlər görülür və ən əsası, yeni inşa olunan körpülərdir. Bu körpülərin 100-200 yaşı yoxdur".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə prodüser-aparıcı Tarix Əliyev (Tolik) paylaşım edib. O, Babək prospektindəki körpünün videosunu paylaşaraq iddia edib ki, körpünün altından keçən su və ya işıq xətti, həmçinin digər görünməyən işlər çox səliqəsiz və keyfiyyətsiz şəkildə icra edilib: "Bu da fəsadlara səbəb olur. Dövlətimiz büdcəsindən bu qədər vəsait ayırır, amma bəzi qurumlar, yollara və körpülərə cavabdeh olanlar demək olar ki, işləri düzgün etmir".

Qafqazinfo.az məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanlayıb. Qurumun mətbuat katibi Anar Nəcəfli bildirib ki, baş verən hal normaldır: "Orada bir aşırım kimi görünür. Lakin iki körpünün birləşməsidir, yəni iki aşırım var. Həmin iki körpünün arası da bir qədər aralıdır. Yağış yağanda da həmin hissə su ilə dolur və yavaş-yavaş süzülür. Daha sonra da müəyyən hissələrdən damcılaması normal haldır. Yəni nə körpüdə problem, nə qüsur, nə də çatışmazlıq var. Bu hal normaldır və bütün körpülərdə ola bilər".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.