Ölkə

Ukraynalı turist Bakıda rus dilində söyüş söydü, həbs edildi

21 Oktyabr 2024 14:48
Baxış: 928
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda rus dilində söyüş söyən ukraynalı turist həbs edilib.

Milli.Az qaynarinfo.az-a istinadən xəbər verir ki, 6 avqust 1995-ci il tarixdə Ukrayna Respublikasında anadan olmuş D.G. 10 gün əvvəl Bakıya turist kimi gəzməyə gəlib.

O, oktyabrın 17-də axşam saatlarında şəhərə gəzməyə çıxıb. Həmin vaxt emosional olduğu üçün mobil telefonla ucadan danışaraq, rus dilində nalayiq ifadələr işlədib və səs-küy salıb.

Ərazidə olan polis əməkdaşları özlərini təqdim edərək, ondan hərəkətlərinə son qoymasını tələb ediblər. Ukraynalı turist bu xəbərdarlıqlara məhəl qoymayıb. Nəticədə saxlanılaraq barəsində barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilərək, məhkəməyə göndərilib.

Məhkəmədə məlum olub ki, Ukraynadakı məlum hadisələrə görə D.G. Almaniyada yaşayır. Həmin şəxs əməlindən peşman olduğunu bildirib. Məhkəmənin qərarı ilə, D.G. 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.