Ölkə

DYP sürücülərə xəbərdarlıq etdi

21 Oktyabr 2024 15:40
Baxış: 413
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mövcud hava şəraitinin yol hərəkəti iştirakçılarına yaratdığı çətinliklərlə bağlı edilən xəbərdarlıqlara baxmayaraq, son iki gündə qeydə alınan yol qəzalarının təhlili verilən tövsiyələrə daha ciddi əməl olunmasının vacibliyindən xəbər verir.

Milli.Az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Baş Dövlət Yol Polisi İdarəsi hazırda ölkə ərazisində müşahidə olunan yağışlı hava ilə əlaqədar bir daha avtonəqliyyat vasitələrinin sürücülərinə müraciət edərək onlardan yağışlı, dumanlı havalarda sürüşmə ehtimalının dəfələrlə artmasını, görünüş məsafəsinin əhəmiyyətli dərəcədə məhdudlaşmasını nəzərə alaraq, sürət həddini minimuma endirməyi, kifayət qədər ara məsafəsi saxlamağı, avtomobillərinin mövsümə uyğun təchiz olunmasını təmin etməyi, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, özləri və digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyətlər yaratmamağı xahiş edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.