XV Bakı Beynəlxalq Film Festivalının bağlanış-mükafatlandırma mərasimi keçirilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Nizami Kino Mərkəzində XV Bakı Beynəlxalq Film Festivalının bağlanış-mükafatlandırma mərasimi keçirilib.
Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival bu il Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə keçirilən "Baku Cinema Breeze" (BCB) film festivalının bir hissəsidir.
Bağlanış mərasimində Mədəniyyət Nazirliyinin rəsmiləri, festivalın beynəlxalq tərkibli münsiflər heyətinin üzvləri, həmçinin mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Tədbirdə çıxış edən Bakı Beynəlxalq Film Festivalının direktoru Fehruz Şamıyev festivalın keçdiyi yoldan söz açıb. O bildirib ki, nümayiş olunan filmlərin seçiminə festival heyəti xüsusi həssaslıqla yanaşır:
"Təxminən, 800 film festivalımıza təqdim olunmuşdu. Seçim prosesində iştirak edən münsiflərə təşəkkür edirəm. Siz kinosevərlərə isə minnətdaram ki, beş gün müddətində filmləri izlədiniz. Düşünürəm ki, bu günlər sadəcə kino nümayişləri ilə yox, həm də yeni əlaqələrin qurulması, sənət müzakirələri ilə də yadda qaldı".
Sonra qaliblər nominasiyalar üzrə "Qızıl nar" mükafatı və xüsusi diplomlarla təltif olunublar.
Münsiflər heyətinin xüsusi qeydi. "Balam" filmi - Rejissor İra Bas/ Rusiya
Tammetrajlı film kateqoriyasında "Ən yaxşı təsvir rejissoru" - "Tənha insanın monoloqu" - Rejissor
Emin Əfəndiyev. Təsvir rejissoru Daniel Quliyev
Ən yaxşı ssenari - "Bazar günü" -Rejissor: Şakir Xolikov / Özbəkistan
Ən yaxşı rejissor "Rosinante" -Rejissor: Baran Gündüzalp
Ən yaxşı tammetrajlı "Baurına salu" -Rejissor: Asxat Kuçinçirekov /Qazaxıstan
Beynəlxalq müsabiqənin qısametrajlı filmlər kateqoriyasında qalibləri
Münsiflər heyətinin xüsusi qeydi - "Taksidermist" - Rejissorlar: Behzad Alavi və Süsən Salamat Çaqoşi/ İran
"Acqarına getməyək" - Rejissor Yigit Hepsev/ Türkiyə
Ən yaxşı animasiya - "Atamın məktubları" - Rejissor: Aleksey Yevstinqneyev /Fransa
Ən yaxşı sənədli film - "Valeriya" - Rejissor Sara Yurinçik / Xorvatiya
Ən yaxşı rejissor - "Çuxur" filmi - Rejissorlar: Kristian Bekə və Oliver Şvabe/ Almaniya
Ən yaxşı bədii film - "Demək olar tamamilə yanlışdır" - Rejissor: Cansu Baydar /Türkiyə
"Asiya istedadları" müsabiqəsinin qalibləri:
Ən yaxşı film - "Fələstin adaları" - Rejissorlar: Nur Ben Selem və Jülyen Menantu
Münsiflərin xüsusi mükafatı - "Bədən alverçisi" - Rejissor: Alireza Şakeri/ İran
Gənc Kinematoqrafçılar Mərkəzinin mükafatları
"Umeşin xronikası" - Rejissor Puca Kaul/ Hindistan
Yerli müsabiqənin qalibləri
Münsiflər heyətinin qeydi
"Qəfəs" filmi - Rejissorlar: Murad Allahverdiyev, Ruhulla Rəhimov, Fərid Ayvazov, İlahə Nurullayeva, Şahin Hüseynli, Tural Ələsgərli, Mirtalib Həsənov, Sevinc Quliyeva, Səadət Qurbanova, Sərxan Nəciyev
Münsiflər heyətinin xüsusi mükafatı - "Baba haqqı" sənədli filmi- Rejissor:Nicat Qulam
Ən yaxşı sənədli film - " Babamın evi" -Rejissor: Leylaxanım Qənbərli
Ən yaxşı ssenari - "Şam bağı" -Rejissor: İlkin Umarov
Ən yaxşı rejissor işi - Rejissor: Azər Quliyev "Qırmızı planetin ikinci rəngi" filmi
Ən yaxşı bədii film - "Quyu" - Rejissor: Rufat Ray
Tədbirdə iki film nümayiş olunub.
Ölkəmizin ən uzun ömürlü festivalı olan Bakı Beynəlxalq Film Festivalı bu illər ərzində həm də Kann, Venesiya, Berlin Film Festivallarında, "OSKAR"da mükafat və uğur qazanmış filmlərin nümayiş məkanına çevrilib.
15 ildir ki, əzmlə yoluna davam edən Festival hər il kinematoqrafçıları bir araya gətirir və növbəti illərdə auditoriyasını daha da genişləndirməyi hədəfləyir.
Bakı Beynəlxalq Film Festivalının dəstəkçiləri sırasında Nizami Kino Mərkəzi, "Azərbaycanfilm"
kinostudiyası, Dövlət Film Fondu, "British Council", Azərbaycan Prodüserlər Gildiyası yer alır.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“STB” Pop qrupunun “Yaşayır İnsan” mahnısına çəkilmiş klipi təqdim olunub - (Video)
-
«Bulqakovun musiqi dünyası» adlı teatrlaşdırılmış konsert keçirilib - (Foto)
-
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin
-
81 yaşlı Türkan Şorayın yeni görüntüsü gündəm oldu - (Foto)
-
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - (Video)
-
Evin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
-
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Sağlamlıq və maliyyə vəziyyətiniz sizin xeyrinizə olacaq
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldıldı
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Masallıda dərs zamanı şagirdə nə olub? - (Video)
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)





