Mədəniyyət

Bakıda WDC Dünya Professional Bal Rəqsləri və Avropa Latin Şou Rəqsləri Çempionatı keçiriləcək - VİDEO

18 Sentyabr 2024 15:55
Baxış: 945
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyaya açıq "Azərbaycan Rəqs Festivalı" təqdim edir: 25-27 oktyabr 2024-cü il tarixlərində WDC Dünya Professional Bal Rəqsləri və Avropa Latin Şou Rəqsləri Çempionatı və müstəsna "Rəqs Edən Brilliantların Gecəsi" qala şousu JW Marriott Absheron otelində, Azərbaycanın ürəyi olan Bakıda keçiriləcək.

Dünya Rəqs Şurasının ardıcıl ikinci dəfədir ki, qlobal əhəmiyyətli tədbiri keçirmək üçün Azərbaycana namizəd göstərməsi təsadüfi deyil. Azərbaycan mədəniyyət və idman sahəsində inkişafın həyata keçirilməsinə böyük diqqət yetirir. Yaradıcılıq potensialını vurğulamaq və beynəlxalq nüfuzunu artırmaq məqsədi ilə hər il genişmiqyaslı proqramlar və layihələr həyata keçirilir.

Baleti müsəlman dünyasına tanıdan, xalq rəqsi sənətində unikal ənənələrə, caz və klassik musiqiyə malik olan bir ölkə kimi, Azərbaycan bu idman və mədəniyyət tədbirlərinin ən yüksək səviyyədə keçirilməsi üçün şübhəsiz ki, əla bir yer olacaq.

Tədbir Azərbaycan Rəqs Şurasının (AZDC) prezidenti, Azərbaycanın Xalq Artisti Təranə Muradova və Smooth & Rhythm Dance Style (SRDS) şirkətinin qurucusu və prezidenti Olqa Krasnyanskaya tərəfindən təşkil olunub.

Təşkilatçıların missiyası Azərbaycanın mədəni dəyərlərini daha da gücləndirmək, ölkədə bal rəqsi idmanının inkişafının vacibliyini çatdırmaq və bal rəqsinin həm idman, həm də sənətkarlıq xüsusiyyətlərini təmsil etməkdir. Bu, nəticə etibarilə insanın mənəvi və fiziki inkişafı üçün yeni imkanlar yaradaraq ruhun harmoniyasını təmin edəcək. Ümid edirik ki, bal rəqsi gənc nəsillərə təsir edəcək və tezliklə yeni cütlüklər dünya səviyyəli turnirlərdə ölkəmizi təmsil edəcək, bəlkə də kürsülərə çıxacaq və bal rəqsi hərəkəti ölkə üzrə populyarlaşacaq.

26 oktyabrda keçiriləcək WDC Dünya Professional Bal Rəqsləri Şou Rəqsi Çempionatı və WDC Avropa Latin Şou Rəqsi Çempionatı Azərbaycanın rəqs idmanı həyatında əlamətdar tədbir olacaq və mütləq yaddaşlarda qalacaq, çünki belə bir səviyyəli yarışma burada ikinci dəfə keçirilir. İştirakçılar arasında 40-dan çox ölkənin ən yaxşı rəqqasları olacaq.

500-dən çox cütlük və solo ifaçılar aşağıdakı kateqoriyalarda iştirak edəcək:

- WDC Dünya Professional Bal Rəqsləri Şou Rəqsi Çempionatı

- WDC Avropa Professional Latin Şou Rəqsi Çempionatı

- Dünya Açıq Professional Latin Çempionatı

- SRDS Həvəskar və Professional Smooth Super Trophy

- Dünya Açıq Həvəskar Çempionatları Bal, Latin, Smooth

- Dünya Açıq Gənclər Çempionatları Bal, Latin, Smooth

- Dünya Açıq Junior Çempionatları Bal, Latin, Smooth

- Dünya Açıq Juvenile Çempionatları Bal, Latin, Smooth

- Dünya Açıq Juvenile/Junior solo Bal, Latin, Smooth

- Azərbaycan Açıq Çempionatları Salsa, Bachata, Argentina Tango

- Dünya Açıq Pro Am Bal, Latin, Smooth, Rhythm, Argentina tango, Caribbean mix.

27 oktyabrda SRDS, Azərbaycan ictimaiyyətinə üçüncü dəfə dünyanın ən yaxşı cütlükləri tərəfindən ifa olunan, əslində həqiqi bal rəqs brilliantları olan "Rəqs Eden Brilliantların Gecəsi" adlı unikal qala şousunu təqdim edəcək. Qala Şousu "Rəqs Eden Brilliantların Gecəsi" Rusiya Federasiyasının Əməkdar Artisti, Rusiya Rəqs İttifaqının prezidenti Stanislav Popov tərəfindən aparılacaq. Boris Myagkovun rəhbərliyi ilə orkestr iştirakçılar üçün autentik atmosfer yaradaraq qala axşamını əsl şouya çevirəcək.

25 oktyabrda Azərbaycan Rəqs Şurası tərəfindən təşkil olunan Beynəlxalq Rəqs Konqresi keçiriləcək və burada aşağıdakı rəqs üslubları təqdim olunacaq: Beynəlxalq Bal, Beynəlxalq Latin, Beynəlxalq Smooth, Caribbean Mix və Argentina Tango.

Nəhayət, 28 oktyabrda festival qonaqları unudulmaz bir ekskursiyaya qoşulmağa dəvət olunacaqlar, parlaq bir bələdçi ilə müşayiət olunaraq Bakının heyranedici şəhərinin tarixini şeir və köhnə nağılların prizmasından öyrənəcəklər. Möhtəşəm milli mətbəx və işıqlar şəhəri boyunca axşam gəzintiləri hər kəsin qəlbində Şərqin həqiqi hissini əks etdirəcək.

"Azərbaycan Rəqs Festivalı" və "Rəqs Eden Brilliantların Gecəsi" Azərbaycanın idman və mədəniyyət sahələrində iki böyük əhəmiyyətli tədbirdir və inanılmaz bayram atmosferini yaşamaq istəyənlər üçün mütləq ziyarət edilməlidir.

Azərbaycan Rəqs Festivalı dəyişikliklərin yeni küləyidir, ideyaların işığı, arzuların alovudur və əsl rəqs bayramıdır. Gələcək bu gündən başlayır. Gəlin bizimlə rəqs edin. Əsas odur ki, görəsiniz və qaçırmayasınız.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.