“Erməni komendant bu mahnıya görə atamı yataqxanadan qovmuşdı”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Son günlər "Qarabağ" mahnısının ermənilər tərəfindən mənimsəmilməsinə olan cəhdə cəmiyyətin və dövlət qurumlarının nə qədər həssas yanaşması məni çox mütəəssir etdi. Dəstəyinizə görə var olun!"
Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, bu sözləri sözügedən mahnının müəllifi məşhur bəstəkar Bəhram Nəsibovun qızı Güldəstə Nəsibova əsərin qanunsuz mənimsənilməsi və müəlliflik hüququnun digər şəkildə pozulması ilə bağlı birgə yayılan bəyanata cavab olaraq deyib.
O, atasının dillər əzbəri olan bu məşhur mahnısının yaranma tarixini xatırladıb:
"Atam Bəhram Nəsibovun müəllifi olduğu "Qarabağ" mahnısının çox ağrılı yaranma tarixçəsi var. Bu barədə vaxtilə özü danışmışdı. 60-cı illərdə (konkret tarixi məlum deyil, amma dəqiq bilirəm ki, atam mahnını tələbəlik illərində yazıb) tələbə yataqxanasının erməni komendantı atamı belə mahnı yazdığına görə yataqxanadan qovmuşdı. Nə yaxşı ki, atam mahnını vaxtında Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirib. Mahnının qeydiyyat tarixi 1972-ci ildir. Əqli Mülkiyyət Agentliyində atamın öz əliylə yazdığı ərizəni bizə də göstərdilər. 44 günlük Vətən Müharibəsindən sonra bu mahnı başqa bir məna kəsb elədi və azad Qarabağamızın himninə çevrildi. Bir övlad kimi artıq Vətənimzin ayrılmaz parçası olan Qarabağdakı tədbirlərin "Qarabağ" mahnısı ilə açılıb-qapanmasını görmək çox xoşdur, ifadə edilməsi mümkünsüz bir hissdir, qürurdur, fəxrdir. Bunu ermənilər də görür və anlayır. Elə ona görə də bir vaxtlar erməni komendatın başlatdığı çirkin işi davam etdirirlər, müəllifin ruhunu incidir, məğlubiyyətin gətirdiyi acizlik, natamamlıq sindromlarını ört-basdır etməyə çalışırlar".
Bəstəkarın qızı məsələyə xüsusi diqqət göstərdiyinə görə Əqli Mülkiyyət Agentliyinə və Mədəniyyət Nazirliyinə ailəsi adından dərin təşəkkürünü bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
“STB” Pop qrupunun “Yaşayır İnsan” mahnısına çəkilmiş klipi təqdim olunub - (Video)
-
«Bulqakovun musiqi dünyası» adlı teatrlaşdırılmış konsert keçirilib - (Foto)
-
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Röya: “Baldır Yar” - (Foto/Video)
-
Əməliyyatdan sonra ölən 44 yaşlı kişi ilə bağlı açıqlama
-
ANAMA əməkdaşını Ağdərədə ilan vurdu
-
"Botoksdan sonra udquna, başımı qaldıra bilmirdim" - Nərgiz Mirbabayeva
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib





