Nizami Kino Mərkəzində Belarus Kino Günlərinin açılışı oldu - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Aprelin 1-də Azərbaycanda keçirilən Belarus Mədəniyyət Günləri günləri çərçivəsində Bakıda Nizami Kino Mərkəzində Belarus Kino Günlərinin açılışı olub.
Belarusun Azərbaycandakı səfirliyinin nümayəndələri, tanınmış kino, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi tədbiri açıq elan edən Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu ölkəmizdə Belarus Mədəniyyəti Günlərinin keçirilməsinin əlamətdar hadisə olduğunu qeyd edib.
O.Fikrətoğlu bildirib ki, Belarusun qədim slavyan ənənələri, dili, mədəni dəyərlərinin təqdimatı aprelin 3-dək azərbaycanlı tamaşaçılara kino dili ilə təqdim olunacaq. "Belarusfilm"in yüz ili əhatə edən ənənələri var və bu studiyada lentə alınan filmlər hər zaman böyük maraqla qarşılanıb.
Onun sözlərinə görə, Azərbaycan filmlərinin də Belarusda bu formada təqdimi nəzərdə tutulub.
Daha sonra "Belarusfilm" kinostudiyasının baş direktoru Yuri Aleksey çıxış edərək kino günləri ilə bağlı təəssüratlarını bölüşüb. Kino günlərində təqdim olunacaq filmlər haqqında məlumat verib: "Azərbaycan tamaşaçılarına üçün dörd film gətirmişik - bunlardan ikisi bədii, ikisi isə sənədli filmdir. Biz öz köklərimizi, adət-ənənələrimizi, mədəniyyətimizi kino vasitəsilə göstərmək istəyirik. Əminəm ki, Azərbaycan tamaşaçıları buna maraq göstərəcək",- deyə baş direktor qeyd edib.
O, diqqətə çatdırıb ki, Azərbaycanla kino sahəsində əməkdaşlıq məsələləri də nəzərdə tutulub. Bununla bağlı rəhbərlik etdiyi qurumla Azərbaycan tərəfi arasında danışıqlar davam edir və gələcəkdə birgə əməkdaşlıqla bağlı saziş imzalanacaq.
Y.Aleksey Belarus və Azərbaycan arasında mədəni əməkdaşlığın inkişafının vacibliyini qeyd edib.
Çıxışlardan sonra "Лист ожидания" ("Gözləmə siyahısı") dramının nümayişi baş tutub. 2023-cü ildə istehsal olunan filmin rejissoru A. Yefremovdur.
Sonra Aleksandr Yefremovun kardioloqların taleyindən, onların mürəkkəb peşəsindən, məişət qayğılarından bəhs edən "Gözləmə siyahısı..." filmi təqdim olunub.
Qeyd edək ki, Belarus Kino Günləri çərçivəsində aprelin 2-də saat 16:00-da Nizami Kino Mərkəzində Yevgeni Setkonun yandırılmış Belarus kəndlərindən bəhs edən "Perezvon" sənədli filminin nümayişi olacaq.
Saat 19:00-da isə İvan Pavlovun Böyük Vətən müharibəsi illərində Belarusun faşistlərdən azad edilməsində partiuzanların qəhrəmanlığından bəhjs edən "Yoxlama" bədii filmi nümayiş etdiriləcək.
Aprelin 3-də saat 19.00-da Nizami Kino Mərkəzində İqor Bışnevin belarus bizonunun növlərinin dirçəldilməsi üçün uzun və zəhmətli işlərdən bəhs edən "Xilas edilmiş nəhəngin ölkəsi" sənədli filmi tamaşaçıların diqqətinə təqdim olunacaq.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“STB” Pop qrupunun “Yaşayır İnsan” mahnısına çəkilmiş klipi təqdim olunub - (Video)
-
«Bulqakovun musiqi dünyası» adlı teatrlaşdırılmış konsert keçirilib - (Foto)
-
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Röya: “Baldır Yar” - (Foto/Video)
-
Əməliyyatdan sonra ölən 44 yaşlı kişi ilə bağlı açıqlama
-
ANAMA əməkdaşını Ağdərədə ilan vurdu
-
"Botoksdan sonra udquna, başımı qaldıra bilmirdim" - Nərgiz Mirbabayeva
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib





