Mədəniyyət

Rasim Balayevdən sədr kimi ilk Açıqlama

5 Mart 2024 14:11
Baxış: 1 825
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Şəfiqə Məmmədovanın namizədliyini geri götürməsini gözləmirdim, çox sağ olsun".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu yeni yaradılan Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Rasim Balayev deyib.

"Təəssüf edirəm ki, ömrümün bu vədəsində, yaşlı vaxtımda kinomuz belə bir böhran yaşayır. Amma bizi yaşadan kinodur. Və biz o kinonu birliyimizlə yaşatmalıyıq. Baxın, mənim ayağımda hazırda problem var. Axsayıram. Bu zədə kinoda olub. Biz hamımız ömrümüzü kinoya qurban vermişik", - o deyib.

Xalq artisti ictimaiyyət arasında kinonun bugünkü durumu haqqında fikirlərin dolaşdığını qeyd edib: "Azərbaycan kinosu reanimasiyadadır. Diriltmək mümkündür onu. Buna mən inanıram. Hamımız inanmalıyıq. Azərbaycan kinosu tənəzzül edə bilər, olsun, amma əminəm ki, biz Azərbaycan kinosunu yenidən relsinə salacağıq".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.