Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rəssamlığın Bəhruz Kəngərli zirvəsi
2 İyun 2012 20:14
0 Şərh
Baxış: 9 154
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Öz fəaliyyətləri ilə xalqımızın ictimai, siyasi, mədəni həyatında mühüm xidmətlər göstərmiş şəxsiyyətlər heç bir zaman unudulmur, xatirələri həmişə əziz tutulur. Bu mənada, Azərbaycanan dilbər guşəsi Naxçıvan Muxtar Respublikasında da dəyərli şəxsiyyətlərin anılması və xatirələrinin əbədiləşdirilməsi bir ənənəyə çevrilib və böyük qayğı ilə həyata keçirilir. Belə şəxsiyyətlərdən biri Bəhruz Kəngərlidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 12 yanvar 2012-ci il tarixdə imzaladığı növbəti sərəncam ilə Azərbaycan rəssamlığında göstərdiyi əvəzsiz xidmətlərə görə Bəhruz Kəngərlinin 120 illik yubileyinin keçirilməsi nəzərdə tutulub.
Görkəmli rəssam Bəhruz Kəngərli Azərbaycan realist rəssamlığının banisi və əvəzolunmaz nümayəndəsi, istedadlı fırça ustası kimi xatırlanır. Onun çəkdiyi qiymətli rəsm əsərləri Azərbaycan incəsəntinə yeni iz gətirərək realist rəssamlığın əsasını qoyub.
Görkəmli rəssam Bəhruz Şirəlibəy oğlu Kəngərli 1892-ci il yanvarın 22-də Naxçıvanda dünyaya göz açmışdır. Bəhruzun atası Şirəlibəy Bəhruzda rəssamlığa sonsuz marağı görüb onu 1910-cu ildə Zaqafqaziyada yeganə olan Tiflis Rəssamlıq Məktəbinə gətirir. Bəhruz 1915-ci ildə təhsilini başa vuraraq Naxçıvana qayıdıb geniş fəaliyyətə başlayır. O, bir-birindən dəyərli əsərlər yaradır və həmin əsərləri ilə realist boyakarlıq sənətinin əsasını qoyur, onu yeni forma, janr və təsvir vasitələri ilə zənginləşdirir.
Rəssam ömrü boyu doğma Vətəninin gözəlliklərini öz əsərlərində tərənnüm etmişdir. Onun kömür, karandaş, akvarel və yağlı boya ilə müxtəlif janrlarda yaratdığı 500-ə yaxın əsəri indi də incəsənət muzeylərinin dəyərli eksponatları sırasındadır.
1914-1921-ci illərdə bədnam erməni daşnaklarının xalqımızın başına açdığı vəhşiliklər, faciəli hadisələr Bəhruz Kəngərliyə də ağır təsir bağışlamış, gənc rəssamı sarsıtmış, onun yaradıcılığında dərin iz qoyub. Bəhruz Kəngərli böyük yanğı ilə o dövrdə həmvətənlərinin, sadə insanların, dinc əhalinin başına gətirilən müsibətləri olduğu kimi, real boyalarla təsvir etmişdir. Həmin sənət əsərləri bizim hər birimizi bu hadisələri, tarixi xəyanətləri heç vaxt unutmamağa səsləyir. Onun böyük yanğı və ustalıqla yaratdığı "Qaçqınlar" silsiləsindən olan əsərlərinə həyəcansız baxmaq olmur. "Tərk edilmiş ev", "Yurdsuz ailə", "Papaqlı oğlan", "Naxçıvanda xaraba qalmış evlər", "Qaçqın qadın", "Qaçqın oğlan" və sair əsərlər bu qəbildəndir.
Bəhruz Kəngərlinin yaradıcılığında mənzərə, portret, məişət janrları da xüsusi yer tutur. "Ağrı dağı", "Gecə mənzərəsi", "Qoyun sürüsü", "İlan dağı", "Atabəy məqbərəsi", Kamanbəyovun, Əsədağanın, Şmerlinqin portretləri və sair əsərləri bir-birindən maraqlı və təsirli nümunələridir.
Parlaq istedada, xüsusi yaradıcılıq qabiliyyətinə malik olan görkəmli rəssam Bəhruz Kəngərli yoxsul həyat tərzi keçirib. Ancaq bununla belə bu əvəzsiz, istedadlı sənətkarın geniş ürəyi, çırpınan qəlbi olub 1921-ci ildə Naxçıvanda İnqilab Komitəsinin təşəbbüsü ilə Bəhruz Kəngərlinin 500 əsərdən ibarət böyük sərgisi təşkil olunub. Daim ehtiyac içərisində yaşayan, heç bir qayğı görməyən Bəhruz Kəngərli üçün bu sərginin təşkilinin böyük əhəmiyyəti var idi. Görkəmli sənətkar Bəhruz Kəngərli bu sərgidən toplanan pulun üçdəbirini şəhər uşaq evinə bağışlayıb.
Bəhruz Kəngərli bütün ömrü boyu Vətəninə, xalqına bağlı insan olub. Buna görə idi ki, bütün varlığı ilə sevdiyi Vətəni onun gözəl guşələrini məhz öz sehirli fırçası ilə kağıza köçürüb, rənglərdən yaranan bir sənət dünyası yaradıb. Sənətkarın bütün qəlbi ilə sevdiyi Naxçıvan onun əsərlərində başqa cür təsvir olunub. Naxçıvan hər guşəsi ilə bu görkəmli rəssamın yaradıcılığına sanki başqa bir gözəllik, özgə bir reallıq tapır.
Azərbaycan rəssamlığının, boyakarlığının zirvəsində dayanan əvəzsiz sənətkar Bəhruz Kəngərli 1922-ci il fevralın 7-də Naxçıvanda dünyasını dəyişib.
Bu görkəmli rəssamı xalqımız daim əziz tutub, xatirəsini həmişə yaşadıb. Bəhruz Kəngərlinin şəxsiyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin də həmişə qayğısı ilə əhatə olunub, əvəzsiz sənətkarın vətəni Naxçıvanda ev-muzeyi yaradılıb. Ürəklərdə yaşayan görkəmli realist sənətkar Bəhruz Kəngərli xalqımız tərəfindən həmişə hörmətlə xatırlanır, yeni nəsillərə örnək ola biləcək həyatı və yaradıcılığı təbliğ edilir.
"Azərbaycan" qəzeti

DİGƏR XƏBƏRLƏR
-
Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə möhtəşəm balet qala-konserti
-
Şahin Növrəslinin çoxdan gözlənilən konserti keçirildi - (Foto)
-
FilJazz Pitesti Trio Shahin Novrasli Festival-ında konsert verdilər - FOTO
-
İlham Əsgərov: “Milli Teatrın yeni mövsüm üçün planları və hədəfləri böyükdür” - FOTO
-
CineMastercard Barselonada keçirilən CineEurope beynəlxalq sərgisində iştirak edib - (Foto)
-
Yeddi ölkədən istedadları bir araya gətirəcək Beynəlxalq Çoxjanrlı İncəsənət Müsabiqəsi keçiriləcək
XƏBƏR LENTİ
-
Psixoloqlara görə bir kişinin sevgisinin azaldığını göstərən 4 əsas əlamət
-
Tətil üçün ən sərfəli 3 ölkə: Həm büdcənizi qoruyun, həm də istirahətdən zövq alın
-
Yayın istisində evdə hazırlaya biləcəyiniz sərinləşdirici içkilər
-
Diş minasını zədələməmək üçün bunları edin
-
NASA Ay və Mars üçün 4 könüllü axtarır
-
DÇ-2026: İspaniya yarımfinala yüksəlib
-
Bu səhv soyuducunuzun elektrik "yeməsini" artırır
-
Məktəbin həyətində 22 yaşlı gənc bıçaqlandı
-
"O sözündən sonra oğlumu götürüb gəldim Bakıya": Nicat Kazımov
-
Portağalların qırmızı torbada satılmasının səbəbi məlum oldu
-
Şimali Kiprin Prezidenti xəstəxanaya yerləşdirilib
-
Günün qoroskopu: Tələsik qərarlar verməkdən çəkinin
-
Tramp: "İran məni hədəf alırsa, indiyədək görünməmiş şəkildə bombalanacaq"
-
Jorje Jezuş Portuqaliya millisinə baş məşqçi təyin edilib
-
Qonaq otağına bir kasa ağ daş qoyun: Yaponlar bu üsulu illərdir tətbiq edir
-
Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir (Foto)
-
Pakistan İran-ABŞ münaqişəsində vasitəçiliyi davam etdirməyə hazırdır
-
"Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
-
Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə möhtəşəm balet qala-konserti
-
16 yaşlı yeniyetmə kanalda batdı
-
Biləsuvarda işıq olmayacaq
-
Müşfiqabadda yaşayış binasında yanğın olub
-
Qarpızın şirin olduğunu göstərən 5 əsas əlamət
-
Köməksiz vəziyyətdə qalan vətəndaşlar xilas edildi (Video)