“Nazirlə düz 3 saat danışdım, axırda dedi “elə bu?”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Azərbaycan mənim vətənimdir. Azərbaycanın mənim bacarığıma, edə biləcəklərimə ehtiyacı varsa, söyləyərlərsə, gələrəm. Amma təbii ki, mühit düzgün olsun. Mən sıradan bir insan deyiləm. Mənim bilgim burada tamamilə başqa bir dünya yaradıb".
Bunu "Yeni Müsavat"a müsahibəsində Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov deyib.
O, bildirib ki, teatrın təməlində ideologiya dayanır və cəmiyyətin mənəvi, əxlaqi dəyişimində çox önəmli rol oynayır. Hətta kinodan daha təsirlidir, çünki canlı ünsiyyət yaradaraq fikir oluşdurub onu canlı şəkildə təlqin edə bilən yeganə sənətdir.
"Bu gün Azərbaycandakı teatrın, özəlliklə aktyor hazırlığının lazımi professionallığa sahib olmadığını düşünürəm. Yəni yoldan bir az sapmışıq. Çünki bizim keçmişimiz var, bizim Adil İsgəndərovumuz, Tofiq Kazımovumuz, Mehdi Məmmədovumuz var. Bizim örnək götürəcəyimiz mütəfəkkirlərimiz var. Azərbaycan teatrının sovet teatrının bir parçası olaraq Stanislavski sistemində, bu teatr sisteminin içərisində elmi yaradıcılıq olaraq əldə edilən bir çox mərhələləri aşmışıq. Halbuki Azərbaycan teatr sənəti başqa cür, keçdiyi sənət yoluna layiq səviyyədə olmalı idi. Hər şeyin səbəbi təhsildən qaynaqlanır. Teatr təhsilimizdə yanlışlar və boşluqlar var. Onlar da öz nəticələrini verir. Təhsil sabahı müəyyənləşdirir. Yanlışları düzəltməsək, sabah nə olacaq?
Mən biliyimi vermək istəyirəm. Biri var, mən yalvarıb iş istəyirəm, biri də var biliyimi, bacarığımı vətənimə vermək üçün bu işdən anlayan biri ilə görüşüb, bunu, bunu etmək lazımdır demək istəyirəm.
Əvvəlki nazir Anar Kərimovla görüşmüşdüm, 3 saat söhbət etdik. Anladım ki, o, məni başa düşmədi. Mən bir professional kimi sözümü dinləyə biləcək ortam istəyirəm. Mən ora sadəcə maaş almaq üçün gəlmirəm ki... Mənim Türkiyədə evim də var, özümə görə hörmətim də var. Haqqımda film çəkilib, kiçik də olsa, bir kitab yazılıb. O kitabı da, filmi də heç gözləmirdim. Onlar özləri bu qərarı verib, çəkiblər.
Mən o zaman Anar Kərimova söylədim ki, Azərbaycan teatrını hərəkətə keçirmək istəyirsinizsə, tam zamanıdır. Teatr ədəbiyyatdan, dramaturgiyadan başlayır. Vətənpərvərlik mövzusunda bir dramaturq yarışması təşkil edin, maksimum 20 min manat xərciniz çıxacaq. Məsələn, 1-ci yer 10 min, 2-ci yer 6 min, 3-cü yer 4 min manat. Adları elan olunmayan bir münsiflər komissiyası yaradarsınız, o komissiyaya da əsərlər kodla gedər. Məsələn, mən Türkiyədə oturmuşam, başqası Moskvada, bir başqası Avropada, biri Bakıda... O əsərlərin üçü yer qazanacaq, Bakı teatrlarına göndəriləcək, yerdə qalanları isə Azərbaycan teatrlarının hərəkətlənməsi üçün səbəb olacaq. Bəlkə münsiflər onları kəşf etməyib, amma gənc rejissorlar var, onlar qazanan əsəri olmasa da, hər hansı bir əsərdən ilham alıb hazırladıqca Azərbaycan teatrı canlanar. Çünki teatrı canlandıran ədəbiyyatdır, çağdaş fikirlərə sahib dramaturgiyadır.
Lakin Anar Kərimov teatrı professional şəkildə bilmədiyi üçün məni başa düşmədi. Dedi, elə bu? Dedim, bunu başlayın, davamını deyərəm. Belə bir fikir var - yaxşı rəhbər istedadlı adamlara mane olmayan, onları dinləyən rəhbərdir. Yəni "rəhbərəm, hər şeyi bilirəm, mən deyən kimi olacaq", belə olmaz".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Zöhrab Zeynallı vəfat edib - (Foto)
-
“Bu, sənin anşlaqındır...” – Bakıda səhnə ustası, Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilib - (Foto)
-
“Qız qalası” yenidən səhnəyə qayıdır! - (Foto)
-
Güclü yağış altında ikili yubiley – III Fidan Hacıyeva Beynəlxalq Opera Festivalı belə başladı - (Foto)
-
Bakıda açıq səma altında Dövlət Caz Orkestrinin 85 illiyinə həsr olunmuş möhtəşəm gecə keçirilib - (Foto)
-
Mobil Əhmədovun 95 illik yubileyinə həsr olunmuş “Ustadımın yolu ilə” konsert proqramı təqdim olunacaq - (Video)
XƏBƏR LENTİ
-
Anar Mədətov oğlu ilə - (Foto)
-
Azərbaycanda haqsız rəqabətlə bağlı 37 subyekt araşdırılıb
-
Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib - (Foto)
-
"Sabah"la matç öncəsi o da zədələndi
-
Şəkidəki “zipline”də əvvəllər də texniki problemlər olub - (Video)
-
Renat Dadaşov Ukrayna klubuna transfer olundu
-
Sultan Qasımova qarşı ağır ittiham - İşi məhkəməyə göndərildi
-
“Vanlı Kara Haydar”ın arvadı da saxlanıldı
-
"AzInTelecom" media nümayəndələri üçün təlim keçirib - (Foto)
-
Türkiyədə xəstəxananın əməliyyat otağında siçanlar gəzir - (Video)
-
Mehmet Ali Erbilin infarkt keçirməsi ilə bağlı açıqlama
-
Nepalda ölənlərin sayı 1374-ə çatdı
-
Xocalıda ANAMA əməkdaşı minaya düşdü - (Yenilənib)
-
Argentina millisinin yeni kapitanı bəlli oldu
-
Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin yuxarı hədləri müəyyyənləşib
-
Xumar Qədimovanın səmimi görüntüləri diqqət çəkdi - (Video)
-
Azərbaycan vasitəsilə Ermənistana arpa və buğda göndərilib - (Yenilənib)
-
Rusiyada miqrantlarla bağlı mühüm yenilik
-
Paşinyan Makronla görüşüb
-
Yamal Mbappenin rekordunu təzələdi
-
Kolleclərə boş qalan plan yerlərinə ixtisas seçimi başa çatır
-
Sevil-Sevinc bacıları ittihamlara belə cavab verdilər: "7000 AZN xərclənib" - (Foto)
-
Bakının bu ərazilərində ev alanlar daha çox qazanacaq
-
Xəzərdə zəlzələ oldu





