Ölkə

Azərbaycan ictimaiyyətinə ağır itki - FOTO

14 Oktyabr 2025 23:05
Baxış: 731
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Naxçıvan Dövlət Universitetinin "Pedaqogika və psixologiya" kafedrasının sabiq dosenti vəfat edib.

Manset.az-ın əldə etdiyi məlumata görə, Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru, tanınmış alim Vahid Rzayev bu gün dünyasını dəyişib.

Qeyd edək ki, Vahid Məmməd oğlu Rzayev 1952-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunda anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin "Azərbaycan dili və ədəbiyyat" ixtisasını bitirib. 1979 - cu ildən müsabiqə yolu ilə Naxçıvan Dövlət Universitetinin "Pedaqogika və psixologiya" kafedrasına müəllim təyin edilib. 1989-cu ildə "Zaqafqaziya xalqlarının pedaqoji əlaqələri (XIX əsr və XX əsrin əvvəlləri)" mövzusunda dissertasiya müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb. 2001-ci ildən Naxçıvan Dövlət Universitetinin "Pedaqogika və psixologiya" kafedrasında baş müəllim, sonra dosent vəzifəsində çalışıb. 2017-ci ildə Naxçıvan Muxtar Respublikasının "Əməkdar müəllimi" olan Vahid Rzayev 7 kitabın, 3 metodik vəsaitin və 100 - dən artıq elmi məqalənin müəllifi olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.