Uzun müddət kompüter qarşısında oturmaq, az hərəkətli həyat tərzi və qeyri-düzgün qidalanma bu problemlər ofis işçilərinin gündəlik həyatında tez-tez rast gəlinir. Mütəxəssislər xəbərdarlıq edir ki, belə həyat tərzi müxtəlif sağlamlıq risklərini artırır.
Milli.Az xəbər verir ki, fizioterapevtlər bildirirlər ki, uzun müddət oturaq vəziyyətdə qalmaq bel, boyun və kürək ağrılarına, qan dövranı problemlərinə və hətta ürək-damar xəstəliklərinə səbəb ola bilər.
Eyni zamanda, hərəkətsizlik artıq çəki və şəkərli diabet riskini də artırır.
Ekspertlər ofis işçilərinə aşağıdakı tövsiyələri verir:
Hər 30-40 dəqiqədə bir ayağa qalxın və qısa gəzinti edin. Ekrana baxarkən gözlərinizi qorumaq üçün 20-20-20 qaydasına əməl edin: hər 20 dəqiqədən bir, 20 saniyə ərzində 20 metr uzağa baxın. Ofis masasında düzgün oturma pozası saxlayın: kürək düz, ayaqlar yerə paralel olmalıdır. Bol su için və hazır qidalardan uzaq durun. Nəfəs məşqləri və yüngül dartınma hərəkətləri ilə gərginliyi azaldın.
Qeyd edək ki, həkimlərin fikrincə, az da olsa hərəkətlilik və balanslı qidalanma, ofis həyatının yaratdığı riskləri minimuma endirə bilər.
Asya
Milli.Az