Kirayəsi bir neçə yüz manata olan ziyafət geyimləri...
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, son zamanlarda kirayə geyimlərin qiymətində artım müşahidə edilir. Elə biz də geyimləri kirayə verən şəxslərlə əlaqə saxladıq. Məlum oldu ki, birgünlük verilən paltarların qiyməti çox yüksəkdir. 150, 300, hətta 1000 manata olan kirayə geyimlər var.
Xanımlar isə deyirlər ki, həm qiymət, həm də gigiyena səbəbindən alınma və tikilmə paltarlara üstünlük verirlər.
Dizaynerlərin sözlərinə görə, hazırda tikilmə paltarlara daha çox tələbat var. Çünki, bu halda həm forma, həm qiymət müştəriyə uyğun olur.
Kirayə paltar dəfələrlə istifadə edilir. Buna görə də keyfiyyətli parça lazım olur. Son vaxtlarda isə belə parçaların qiyməti artıb.
Milli.Az





