Avropa İttifaqı genişlənir: Bu ölkə 28-ci üzv olmağa hazırlaşır - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avropa Komissiyasının sədri Ursula fon der Leyen Monteneqroya səfəri zamanı bildirib ki, ölkə üzvlük yolunda sürətlə irəliləyir və 2028-ci ildə AB-nin 28-ci rəsmi üzvü ola bilər.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Tivat şəhərində keçirilən Monteneqro İnvestisiya Konfransında Monteneqronun Baş naziri Miloyko Spayiç ilə birgə mətbuat konfransı keçirən Leyen deyib:
"Siz Avropanın gələcəyinə yalnız bağlı deyilsiniz, həm də buna ürəkdən inanırsınız. Ötən səfərimdən bu yana dörd danışıqlar bölməsini bağladınız, bu il isə daha beşinin bağlanması gözlənilir. Əgər birlik içində qalsanız, 2028-ci ildə AB-yə qoşula bilərsiniz."
Leyen həmçinin Monteneqronun Aİ-nin xarici və təhlükəsizlik siyasətinə tam uyğunlaşdığını, o cümlədən Ukraynadakı təlim missiyasına Monteneqro hərbçilərinin göndərilməsi qərarını yüksək qiymətləndirdiyini qeyd edib.
Onun sözlərinə görə, sorğular Monteneqro əhalisinin 83 faizinin AB üzvlüyünü dəstəklədiyini göstərir. Leyen xüsusilə Sloveniya və Xorvatiya kimi qonşu ölkələrdən güclü dəstək olduğunu vurğulayaraq, bunun "Aİ ruhuna uyğun yaxşı qonşuluq münasibətlərinin göstəricisi" olduğunu deyib.
Baş nazir Miloyko Spayiç bildirib ki, ölkə üzvlük danışıqlarının bütün bölmələrini gələn ilin sonuna qədər bağlamağı planlaşdırır.
Beləliklə, Monteneqro Aİ-yə qəbul prosesində ən sürətli irəliləyən Balkan ölkəsi kimi göstərilir və Brüsselin dəstəyi ilə 2028-ci ildə rəsmi üzvlük real ehtimal hesab olunur.
Lalə Qüdrətova
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ermənistan əhalisinin 30%-i prezidenti tanımır
-
Gürcüstanda azərbaycanlı iki qardaş qətlə yetirilib - təfərrüat - (Video)
-
Fransada etirazlar zamanı 600-dən çox şəxs saxlanılıb, 112 polis yaralanıb
-
“Ginnesin Rekordlar Kitabı”na düşən avtomobil hərraca çıxarıldı
-
Fransanın hava məkanında 4 təyyarə ilə bağlı bomba həyəcanı
-
Yaponiyada güclü zəlzələ oldu
XƏBƏR LENTİ
-
Nə qara, nə də yaşıl: Ən sağlam zeytun növü açıqlandı
-
Dünyanın ən güclü adamı niyə gəzə bilmir? - (Foto)
-
Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı
-
Ermənistan əhalisinin 30%-i prezidenti tanımır
-
Günün qoroskopu: Xərclərinizdə ölçülü olmağınız məsləhətdir
-
Gürcüstanda azərbaycanlı iki qardaş qətlə yetirilib - təfərrüat - (Video)
-
Vernidub qələbələrin sirrini açıqladı
-
Toral Bayramov Türkiyədə avtoqol vurdu - (Video)
-
Yeraltı dayanacaqdan çıxarkən qadını vurub öldürdü - Yüksək vəzifədə çalışıb - Yenilənib - (Video)
-
Dəmir yolu ətrafında sökülən obyektlərin sahibləri narazılıq edirlər - (Video)
-
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib
-
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
-
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
-
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü
-
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
-
"Omid"in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri - Yenilənib - (Video)
-
Prezident İlham Əliyev Cahangirbəyli və Soltanlı kəndlərinə köçən sakinlərə mənzillərin açarlarını təqdim edib - (Foto)
-
Dövlət qərarlarının ikinci imzası: ictimai etimad
-
Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Soltanlı və Cahangirbəyli kəndlərinin sakinləri ilə səmimi söhbəti - (Foto)
-
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib
-
Əlövsət Polad vəfat etdi
-
Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birgə Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb - (Video)
-
Duranın Azərbaycan bayrağına reaksiyası gündəm oldu - (Video)





