Ölkə

Taksi sayına limitin qoyulması qiyməti artıracaq? - VİDEO

14 Oktyabr 2025 23:32
Baxış: 458
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakıda taksilərin sayına limit qoyulub.

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul edib. Qərara əsasən Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin say həddi 25 000 müəyyən edilib. Taksi minik avtomobilləri ilə sərnişin daşımaları fəaliyyəti üçün icazələrin əlavələri Rəqabət Məcəlləsinə, "Lisenziyalar və icazələr haqqında" və "Avtomobil nəqliyyatı haqqında" qanunlara uyğun olaraq və müraciət zamanı növbəlilik nəzərə alınmaqla veriləcək.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, yol hərəkəti qaydaları üzrə ekspert Ərşad Hüseynov deyir ki, paytaxtda taksi fəaliyyəti göstərmək üçün sürücülərə heç bir yeni tələb qoyulmur, yalnız avtomobillər üçün yeni kvota müəyyənləşir.

Bəs taksi sayına limitin qoyulması qiymətlərə necə təsir göstərə bilər?

Daha ətraflı videomaterialı təqdim edirik. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.