Mədəniyyət

Bakıda Təranə Muradovaya həsr olunmuş “Rəqs Edən Brilyantların Gecəsi” keçiriləcək

14 Oktyabr 2025 22:37
Baxış: 320
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Oktyabrın 30-dan noyabrın 2-dək Bakı dünya rəqs mədəniyyətinin mərkəzinə çevriləcək. Azərbaycan paytaxtında Azerbaijan Dance Festival 2025 keçiriləcək. Tədbir Azərbaycan Rəqs İttifaqı (AzDC, prezidenti - Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Xalq artisti Təranə Muradova) və Beynəlxalq Rəqs Şirkəti SRDS (Smooth & Rhythm Dance Style, prezidenti - Olqa Krasnyanskaya) tərəfindən təşkil olunur. Rəqs bayramının axşamları JW Marriott Absheron Baku otelində baş tutacaq.

"Rəqs Edən Brilyantların Gecəsi" - 31 Oktyabr

Bu axşam Azərbaycanın Xalq Artisti və Azərbaycan Rəqs İttifaqının Prezidenti Təranə Muradovanın yubileyinə həsr olunmuş xüsusi bir hadisə olacaq.

Gecənin proqramında Təranə xanım milli rəqs elementləri ilə birləşdirilmiş unikal ball rəqsi xoreoqrafiyasını təqdim edəcək. Səhnədə həmçinin dünya şöhrətli iki ball rəqsi əfsanəsinin parlaq şou nömrələri, eləcə də Smooth proqramı üzrə Peşəkarlar arasında Avropa Çempionatı nümayiş olunacaq.

Bu axşam incəsənət, zəriflik və ilhamın birləşdiyi unudulmaz bir rəqs bayramı olacaq.

1 Noyabr - Bütün Yaş Kateqoriyaları üzrə Dünya Çempionatları

Bu axşam Smooth proqramı üzrə Dünya Çempionatları bütün yaş kateqoriyalarında - uşaqlardan böyüklərə qədər - keçiriləcək. Bununla yanaşı, Avropa və Latın proqramları üzrə açıq beynəlxalq yarışlar da baş tutacaq.

Bu gecə idman ruhu, adrenalın və zirvəyə can atmaq arzusu ilə ball rəqslərinin estetikasını və incəliyini birləşdirən möhtəşəm bir sintez olacaq. Qonaqları zərif şam yeməyi, canlı musiqi və fasilələrdə rəqs meydançasına çıxmaq imkanı gözləyir.
 
2 Noyabr - Beynəlxalq Pro-Am Yarışları

Festivalın son günü Pro-Am (Professional-Amateur) formatına həsr olunacaq. Bu yarışlarda peşəkar rəqqaslar öz tələbə və həvəskar partnyorları ilə birgə çıxış edirlər. Bu sadəcə yarış deyil - bu, birlik və ilham fəlsəfəsidir, rəqsi özünüifadə və daxili harmoniya vasitəsinə çevirən insanları bir araya gətirir. 

Pro-Am dünyasında yaş və hazırlıq səviyyəsi əhəmiyyət daşımır - hər kəs səhnə sənətinin, hərəkət gözəlliyinin və emosional azadlığın dünyasına qədəm qoya bilər. 2 noyabr - rəqs etməyin heç vaxt gec olmadığını sübut edənlər üçün əsl rəqs bayramı olacaq.

Canlı Musiqi və İlham Atmosferi

Festivalın hər üç axşamı dirijor Boris Myagkovun rəhbərliyi ilə simfonik orkestrin canlı müşayiəti ilə keçiriləcək.
Azərbaycan bəstəkarlarının məşhur melodiyaları - vals, ça-ça-ça, tanqo və fokstrot - ball stilində aranjimanlarda səslənərək zəriflik və ilham dolu bir atmosfer yaradacaq.

Zövq və Gözəllik Bayramı

Qonaqları eksklüziv şam yeməkləri, nəfis mətbəx nümunələri və premium içkilər gözləyir.  Burada idman və ali incəsənət bir araya gəlir.

"Rəqs Edən Brilyantların Gecəsi" - sadəcə bir rəqs tədbiri deyil, səhnənin gözəllik, güc və ilhamın parlaq təntənəsinə çevrildiyi an olacaq.

Biletlər əldə etmək üçün https://iticket.az/events/azerbaijan-dance-festival-2025

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.