Dünya

Tramp: HAMAS könüllü olaraq tərksilah olmazsa, ABŞ bunu zorla edəcək

15 Oktyabr 2025 00:54
Baxış: 344
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

HAMAS hərəkatı könüllü olaraq tərksilah olmazsa, ABŞ bunu zorla edəcək.

Milli.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə argentinalı həmkarı Xavyer Mileylə görüşü zamanı jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Tramp HAMAS-ın necə silahsızlandırılacağı barədə ətraflı açıqlama verməkdən imtina edib.

"Bunu sizə izah etmək öhdəliyim yoxdur. Onlar bilirlər ki, biz oyun oynamırıq", - deyə ABŞ administrasiyasının rəhbəri qeyd edib.

Onun sözlərinə görə, Vaşinqton HAMAS-ın silahsızlanmasını "məqbul bir müddət" ərzində gözləyir. (APA)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.