Mədəniyyət

Anasından gizli dəfn edilən məşhurun ot basmış məzarı - FOTO

29 Oktyabr 2023 15:03
Baxış: 9 329
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəstəkar və pianoçu Taleh Hacıyev uşaq yaşlarında olarkən atası və anası ayrılır. Ş. Axundova bundan sonra ailə qurmur.

Böyük istedadlar heç vaxt sıradan həyat yaşamayıblar. Eyni ilə Şəfiqə Axundova və onun oğlu Taleh Hacıyev kimi. Şəfiqə xanım çox qısa müddət ailəli olmuş, bu evlilikdən onun cəmi bir övladı olmuşdu. Taleh Hacıyev Şəfiqə Axundova dühasının canlı bəhrəsi idi.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, oğlunun hədsiz dərəcədə sevən ana onun haqqında belə deyirdi: "Mənim oğlum gözəl piano çalırdı, o, çalanda hamı heyran qalardı. Gözəl pianoçu idi. Ondan çox nigaranam, mən dünyada olmayanda, o necə yaşayacaq, nə edəcək? Axı uşaq kimi safdır, köməksizdir. Allahdan ömür istəyirəm ki, onu tək qoymayım bu dünyada".

Yaradıcılığının ən parlaq vaxtında o, ruhi xəstəliyə tutulur. Bütün ümidlərini bağladığı Taleh Hacıyev gənc yaşlarında ruhi xəstəliyə tutulur. Uzun müddət bu xəstəliklə mübarizə aparsa da, 2008-ci ilin iyul ayında Maştağada yerləşən ruhi əsəb xəstəxanasında vəfat edir.

Taleh Hacıyevin ölümü Şəfiqə xanımdan uzun müddət gizlədilir. Hətta qırx mərasimi keçdikdən sonra Şəfiqə xanım oğlu Talehin vəfat etdiyini öyrənir. Talehsiz beş il yaşayır. O, 2013-cü ildə oğlu ilə eyni ayda - iyulda vəfat edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.