Mədəniyyət

Xalq artistindən SƏMİMİ ETİRAF: "Bəxt üzüyü"nə baxmamışam" - VİDEO

18 İyun 2023 23:05
Baxış: 4 373
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Əvvəl onu tamaşa kimi oynamışam. Ramiz Əzizbəyli iə film çəkiləndə elə qəşəng aktyor heyəti seçdi. Uğurlu, baxımlı film oldu. Tamaşa da eyni formada baxımlı idi".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Valeh Kərimov "ATV əhər" verilişində deyib. Aktyor məşhur "Bəxt üzüyü" filmindən danışıb. O bildirib ki, heç vaxt oturub filmi izləməyib:

"Tamaşanı götürüb filmə köçürtmək kino yaradıcılığından uzaqdır. Afaq Bəşirqızı ilə məni tamaşada artıq qəbul etmişdilər. Başqa aktyorları da baş rola çəkə bilərdilər, amma biz artıq tamaşada sevilmişdik. Filmə heç baxmamışam. Özümə niyə baxım? Gündə 1 dəfə saçımı darayanda güzgüyə baxıram. Başqalarına baxıram. Oynadığım obrazdan ləzzət ala bilmərəm. Hamı məndən soruşur ki, filmdə açarı niyə götürmədin?". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.