“Atam dedi ki, əgər məndən soruşub gedirsənsə icazə vermirəm, soruşmayıb gedirsənsə sən adda oğlum yoxdur”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"1985-ci ilə qədər hansı film çəkilibsə, hamısına dəvət almışam. Ya fotosınaqlardan, ya kinosınaqlardan keçmədin deyiblər. Guya da. Bilirsiniz də, əvvəlcə fotosınaqlar olurdu, sonra kamera qarşısında oynayırdıq. Bəlkə də mənim gücüm onlara çatmayıb. Amma bəlirli bir qrup idi, ona görə də ora düşmək çətin idi. Mən həmişə demişəm bunu, təkrar etmək məcburiyyətindəyəm, hər hansı kinonun, tamaşanın edə biləcəyini, ən məşhur siyasət adamları da edə bilmir. O vaxtı kinoteatrlara filmlər gəlirdi, kinoteatrlar dağılırdı. Kinonun təbliğatı, kinonun çatdıracağı mesajı heç kim çatdıra bilmir. Bu baxımdan kino çox qiymətli incəsənət növüdür".
Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist, Akademik Milli Dram teatrının aparıcı aktyoru Füzuli Hüseynov deyib.
Sənətkar atası ilə bağlı etiraf edib.
"Şofer olmaq istəyirdim, bu həqiqətdir. 4-cü sinifdən maşın sürürdüm. Birinci il universitetə daxil ola bilmədim, kəsilib doğma rayonuma-Balakənə geri qayıtdım. Dostlarım dedi ki, "Qazaxıstanda iş var, böyük tır maşınlar üçün kursdur, onu oxuyub bitirirsən, sonra da sürürsən". Atam nahar vaxtı işdən evə gəldi. Anam dedi ki, oğlun gedir. O zaman 18 yaşım var idi. Kişi üzümə baxıb dedi ki, "əgər məndən soruşub gedirsənsə, icazə vermirəm, yox əgər soruşmayıb gedirsənsə, sən adda mənim oğlum yoxdur, bura qayıtma". Çamadanı atıb, evdə oturdum. Atamın o sözündən sonra getmədim" deyə sənətkar bildirib.
Aktyor "Təhminə" filmindəki Spartak obrazından da danışıb.
"Əslində orada oynamalı bir şey yox idi. Sadəcə olaraq əsər populyar idi. Elə aktyorlar olub ki, rəhmətə gedəni də var, sağ olanı da. 27-28 filmdə baş rol alıblar. Amma küçədə bir adamdan soruşursan ki, "filan adda, soyadda aktyoru tanıyırsan?". Biri deyir ki, "hə televizorda şeir deyəndir". Biri deyir ki, "hə, o gün efirdə ekspert qismində nəsə danıırdı". Amma Həsənağa Turabov deyən kimi Gəray bəy, Qəmlo deyəndə Məlik Dadaşov yada düşür. Nöqtə qoyulmuş obrazlar var. Nə yaxşı ki, mənim taleyimə heç olmasa bu düşüb ki, tanımayanda mənə Spartak deyirlər. Nə yaxş ki, məni şeir deyən kimi tanımırlar" deyə sənətkar bildirib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib - (Foto)
-
Şəmkirin Lüteran kilsəsində Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının konserti keçirilib - (Foto)
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Əminə Rəhimova vəfat etdi
-
“STB” Pop qrupunun “Yaşayır İnsan” mahnısına çəkilmiş klipi təqdim olunub - (Video)
-
«Bulqakovun musiqi dünyası» adlı teatrlaşdırılmış konsert keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Magistraturaya qəbul olan bu tələbələr pulsuz təhsil alacaqlar
-
Məşhur türk vokal təlimçisi azərbaycanlı ifaçıları heyranlıqla paylaşdı - (Video)
-
Rusiyada təyyarə qəzası: 8 zabit həlak oldu
-
“Royad Məmmədov” gəmisi vuruldu
-
Gəlin bəyin ayağına basmaq əvəzinə görün nə etdi - (Video)
-
Türkiyəli məşhur aktyor vəfat etdi - (Foto)
-
Bakı ətrafında ən ucuz torpaqlar haradadır? - Qiymətlər
-
144,9 ha ərazi minalardan təmizlənib
-
Nazirdən şad xəbər: Onlara 20 min manatadək pul verilə bilər
-
Bakıda arvadını pul vermədiyi üçün tava ilə döydü
-
Pünhan toyunda həmkarlarını "ağ yuyub, qara sərdi": "Çoxunun məni gözü götürmür" - (Video)
-
"Sabah" - "Slaviya" oyununa 45 minə yaxın bilet satılıb
-
Merve Özbeyin konsertdə başına iş gəldi: Xəstəxanaya aparıldı
-
Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı
-
"“Fənərbağça” “Turan Tovuz”la oyuna görə pul alıb" – Emre Bol
-
İbrahim Borçalının evində şad gün (Foto)
-
Bu olsa, Kənan Yıldız "Real"a transfer olunacaq
-
Elgiz bağ evini nümayiş etdirdi - (Video)
-
Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı
-
Bakıya leysan yağacaq - Proqnoz verildi
-
Pensiyalar və təqaüdlər bu tarixdə veriləcək
-
Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto/Video)
-
Prezident İlham Əliyevin çıxışı Azərbaycanın yeni təhlükəsizlik konsepsiyasını ortaya qoyur - Sahil Kərimli
-
Bakıda sürücüləri çaşdıran dəyişiklik: 1 saata 50-dən çox cərimə





