Mədəniyyət

Əməkdar artistə yeni vəzifə verildi

13 May 2023 15:34
Baxış: 1 803
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fuad İbrahimov Azərbaycan Dövlət Akademik Filarmoniyasının baş dirijoru təyin edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, o bu vəzifədə, Xalq artisti Rauf Abdullayevi əvəz edib.

Fuad İbrahimov Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Münhen Yeni Filarmoniyasının Simfonik Orkestrinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində yaranmış "Baku Chamber Orchestra"nın baş dirijoru olub.

Fuad İbrahimov Parisdə "Radio France", "France musique", "L'orchestre philharmonique" və Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Yevgeni Svetlanov adına IV Beynəlxalq dirijorlar müsabiqəsində 2-ci yeri tutub.

Dirijor kimi dünyanın bir sıra tanınmış konsert salonlarında çıxış edib. 2022-ci ildə Prezident mükafatına layiq görülüb, Azərbaycan Respublikasının Əməkdar artistidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.