Mədəniyyət

Sumqayıt Dövlət Dram Teatrında “Dəcəl keçi” tamaşası olub - FOTO

27 Mart 2023 12:00
Baxış: 791
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə paytaxtda fəaliyyət göstərən teatrların bölgələrə qastrol səfərləri davam edir.

Layihə çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı martın 26-da Sumqayıt Dövlət Dram Teatrında "Dəcəl keçi" tamaşası ilə çıxış edib.

Teatrdan bildirilib ki, Pərvin Nurəliyevanın "Dəcəl keçi" əsəri əsasında səhnələşdirilən tamaşanın quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Elşən Sərxanoğludır.

Tamaşada rolları Səbinə Məmmədzadə, İlqarə Tosova, Zümrüd Quliyeva, Anar Seyfullayev, Yusif Dadaşov, Eyvaz İbrahimov və Vahid Orucoğlu canlandırırlar.

Qeyd edək ki, kiçikyaşlı tamaşaçılar üçün nəzərdə tutulmuş səhnə əsərinin əsas ideyası keçinin timsalında xudpəsəndlik, tənbəllik, yalan və lovğalıq kimi mənfi cəhətlərin tənqididir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.