Aktrisası olduğu teatrın qarderobunda işlədi, acınacaqlı halda dünyasını dəyişdi, anası ilə eyni qəbirdə basdırıldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az Kulis.az-a istinadən aktrisa Lütfiyyə Səfərova haqqında maraqlı faktları təqdim edir.
Əslın Şuşadan olan Lütfiyyə Şamil qızı Səfərova 1942- ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Ailənin tək övladı olub. Atasını çox tez itirib. Mətbəədə işləyən anasına dayaq olmaq üçün Lütfiyyə xanımın qayğısını bibisi çəkib.
***
Lütfiyyə Səfərova əvvəlcə Asəf Zeynallı adına musiqi kollecinin vokal şöbəsində, sonra isə Xarici Dillər Universitetinin ingilis dili fakültəsində təhsil alıb. Sonralar Lütfiyyə Səfərovanın teatra olan həvəsi onun taleyini ömürlük Musiqili Komediya Teatrına bağlayıb.
Aktrisanın sənət kariyerası hələ 2-ci kursda oxuyarkən "Səndən mənə yar olmaz" musiqili komediyada oynadığı Təranə obrazı ilə başlayıb. Rəngarəng rollarla düz 44 il səhnəyə çıxıb. Son illərdə də maraqlı rolları ilə yadda qalıb. 2004-2005-ci illərdə "Volqalı canan", "92 dəqiqə gülüş", "Bankir adaxlı", "Talelər qovuşanda" tamaşalarında rol alıb.
***
Aktrisa bir qədər gec ailə qurub. Teatrda işləyən Rasim Dadaşzadə adlı şəxslə ailə quran aktrisanın Azər və Samir adlı iki oğlu dünyaya gəlib. Lütfiyyə xanım Samiri həmişə özü ilə qastrollara aparırmış. Bir müddət sonra aktrisa həyat yoldaşı ilə yollarını ayırır, övladlarını təkbaşına böyüdür. Rasim Dadaşzadə ondan sonra iki dəfə evlənir. Boşanmalarına baxmayaraq, Lütfiyyə xanım keçmiş qayınanası ilə qayınatasının qeydinə qalırmış.
***
Opera səsinə malik olması da aktirisanın tez bir zamanda şöhrət qazanmasına səbəb olub. 60-cı illərin əvvəllərində Musiqili Komediya Teatrında vokalçı aktirisalar azlıq təşkil edirdi. Məhz belə bir zamanda Lütfiyyə Səfərovanın teatra gəlişi truppanın gücləməsinə səbəb oldu.
Musiqili Komediya Teatrında "Məşədi İbad"da Gülnaz, "Gözün aydın"da Leyla, "Özmüz bilərik"də Lalə, "Ev bizim, sirr bizim"də Çiçək, "Ulduz"da Ulduz, "Sevindik qız axtarır"da Nazik, "Qaynana"da Afət, "Nənəmin şahlıq quşu"nda Nazlı, "Məmmədəli kurorta gedir"də Xurşud, "Arşın mal alan"da Asya, "Milyonçunun dilənçi oğlu"nda qonşu qız, "Olmadı elə, oldu belə"də Gülnar obrazları ilə tamaşaçıların rəğbətini qazanıb.
1965- ci ildə isə o, Kreml Teatrı tərəfindən dəvət alsa da, ölkəsini və yaxınlarını atıb getməyə ürək etmir. Lakin, sonralar ona qarşı olan diqqətsizliyə dözməyib deyir: "İncinin qiymətini zamanında verməkdə acizlik göstərdilər".
***
Sənət dostları deyir ki, Lütfiyyə xanım ömrünün sonuna qədər ümidlə nə vaxtsa ona da fəxri ad verəcəkləri günü gözləyib. Şan-şöhrət naminə yox, qədir-qiymət üçün istəyib bu adı. Çox təəssüf ki, aktirisa haqqı olan qiyməti ala bilməyib.
"Şirbalanın ilk məhəbbəti" adlı tamaşada Nazlı obrazı ilə yadda qalan Lütfiyyə Səfərova birotaqlı mənzildə oğlu, qızı və gəlini ilə birgə yaşayıb. O, 65 yaşı tamam olarkən verdiyi müsahibəsində deyir:
"65 yaşım tamam olacaq. Hələ heç bir fəxri adla təltif olunmamışam. Heç prezident təqaüdü də almıram. Bu gün-sabah həyatdan köçəcəm, hələ də mənimlə maraqlanan yoxdur. Aldığım maaşı ancaq dərmanlarım üçün xərcləyirəm. Hərdən teatra getmək üçün yolpulu ehtiyacım yaranır. Sıxıntılarımı evdə gizlətməyə çalışıram. Çünki ailə üzvlərimin də qazancı ürəkaçan deyil".
***
Aktrisaya qarşı diqqətsizlik o həddə çatıb ki, 44 illik səhnə fəaliyyətindən sonra ömrünün ahıl çağlarında vaxtilə canını fəda etdiyi teatrın qardirobunda işləməli olub. Bir müddət sonra Lütfiyyə Səfərova tamamilə teatrdan və səhnədən uzaqlaşıb, evinə qapanıb.
Lakin elə səhnədən ayrıldığı gündən, aldığı psixoloji zərbənin təsirindən yatağa düşür. Ömrünün son 3 ayında onun yanında Emeliya Xələfbəyova adlı qohumundan başqa kimsə olmayıb. Lütfiyyə Səfərovanın əsəblərinin pozulmasının digər səbəbləri isə şəxsi həyatındakı uğursuzluqlarla bağlı idi. Oğlanlarının hər ikisinin ailələrinin dağılması, böyük oğlunun ölkə xaricinə köçməsi və orda əcnəbi qadınla evlənməsi Lütfiyyə xanımın xiffətini artırır.
***
Emeliya xanım deyir ki, aktrisa yatağa düşəndən sonra tamamilə unuduldu: "Son günlərində o, artıq yaddaşını itirmişdi. Lütfiyyənin səmimi dost münasibəti göstərdiyi, qayğısına qaldığı sənət yoldaşları da onu yada salmadılar. O, boyda teatr kollektivindən yalnız hərdənbir Atabala Səfərov, Kubra Əliyeva, Novruz Qartal, Hacıbaba Bağırovun yoldaşı Arzu xanım onu yoxlamağa gəlirdilər".
Uzun sürən xəstəlikdən sonra aktrisa 2010-cu il martın 1-də 68 yaşında dünyasını dəyişir. Onun dəfn mərasiminə nazirlikdən, teatrın məsul şəxslərindən heç kim gəlmir. Ölümü heç kimi maraqlandırmır. Dəfn üçün yer belə verilmir. Aktrisa anası ilə bir qəbirdə dəfn olunur.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək
-
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
-
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək
-
Vokal məktəbindən dünya səhnələrinə - Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı yeni adlar kəşf edir - (Foto)
-
Azərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb - (Foto)
XƏBƏR LENTİ
-
Cəlilabadda içməli su xəttində qəza - Yolu su basdı
-
Unu kağız torbada saxlamayın: Zərərvericilərdən və nəmdən belə qoruyun
-
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
-
Alyaskada 6,3 ballıq zəlzələ baş verib
-
Vətəndaşların hərbi əməliyyatlara muzdlu döyüşçü kimi cəlb olunması təhlükəsizlik mühitinə ciddi təhdiddir - DTX rəisi
-
“Ayaqlarım mənim əvəzimə daha yaxşı danışır” - Mbappe
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib
-
Afət Fərmanqızı bloqeri məhkəməyə verdi
-
Əşrəf Əşrəfliyə hökm oxundu
-
"Nə vaxt soruşursan deyir, 80 yaşım var" - Sevil və Sevinc - (Foto/Video)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Rafinya Messinin rekordunu qırdı
-
Şoyqu Paşinyanı tənqid etdi
-
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər
-
Amerikalı məşhur rəssam 88 yaşında vəfat etdi
-
15 yaşlı qapıçı “Kəpəz”in tarixinə düşdü
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Goranboyda 22 yaşlı oğlanın meyiti əkin sahəsində aşkarlandı
-
Danla Bilic 8-ci dəfə əməliyyat olundu - (Foto)
-
Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
-
Millimizin Tacikistanla oyununu o idarə edəcək
-
İsveçin Baş naziri istefa verdi
-
Afaq Bəşirqızının adını çəkib ağladı - (Video)
-
İsti hava Avropanı ərzaq böhranı ilə üz-üzə qoydu, qıtlıq yarandı





