NARGIS nəşriyyat evi NARGIS CITY adlı yeni sərgisini təqdim edir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dekabrın 5-də Port Baku Mall ticarət mərkəzində zəncəfil şirniyyatlarından hazırlanan şəhərciyin açılışı baş tutacaq.
NARGIS nəşriyyat evi həm Azərbaycanda, həm də xaricdə irimiqyaslı sərgilər təşkil edir. Bu il zəncəfil şirniyyatlarından hazırlanan şəhərciyin açılışı NARGIS jurnalının onuncu ildönümünə təsadüf edir. Layihənin ideyası NARGIS jurnalının baş redaktoru Ülviyyə Mahmuda məxsusdur.
Layihənin məqsədi yeni il ərəfəsində həm uşaqlara, həm də böyüklərə xoş əhval-ruhiyyə bəxş etməkdir. Zəncəfil şirniyyatlarından hazırlanan ekspozisiyasını ziyarət edən qonaqlar nağıl şəhərciyinin gözəlliyindən həzz almaq imkanı əldə edəcəklər.
Hər həftə sərgini məktəb və lisey şagirdləri, uşaq evlərinin sakinləri ziyarət edəcək.
NARGIS CITY-də Bakının əsas görməli yerləri ilə yanaşı liman, metro, dəmir yolu, bank, məktəb, biznes mərkəzi və digər obyektlər yerini tutacaq. Zəncəfil şirniyyatlarından hazırlanan şəhərciyin yaradılmasında ölkənin ən istedadlı şirniyyatçıları iştirak edir.
NARGIS komandası Mastercard şirkətinə, Bakı Limanına, "Azərbaycan Dəmir Yolları" QSC-yə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə, ABB, Chenot Palace Gabala otelinə, Coca-Cola Azərbaycan, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə, Azerbaijan Marine and Engineering Consultants LLC, Veysəloğlu, Referans Medical Group şirkətlərinə, Oxbridge Akademiyasına, Yango şirkətinə, ALOE Pharm and Beauty apteklər şəbəkəsinə, Megastore Supermarketlər şəbəkəsinə, Bakı Nəqliyyat Agentliyinə, Peugeot Azərbaycan şirkətinə, "Bakı Metropoliteni" QSC-yə, Baku Roses şirkətinə verdiyi dəstəyə görə öz minnətdarlığını bildirir.
Bu genişmiqyaslı layihənin həyata keçirilməsində və şəhərin planının formalaşmasında əvəzsiz yardım göstərən və tədbirə hazırlıq zamanı daim bizə məsləhət verən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsini xüsusilə qeyd etmək istərdik.
Sərginin keçirilməsi üçün məkan ayırdığına görə Port Baku Mall ticarət mərkəzinə xüsusi təşəkkürümüzü bildiririk.
Ekspozisiyada təqdim olunan QR kodlarının vasitəsilə partnyorlarımızın internet saytına daxil olaraq onlar haqqında məlumat əldə etmək olar.
Sərgi 15 yanvar 2023-ci il tarixinədək davam edəcək. Giriş sərbəstdir.
DİGƏR XƏBƏRLƏR
-
“STB” Pop qrupunun “Yaşayır İnsan” mahnısına çəkilmiş klipi təqdim olunub - (Video)
-
«Bulqakovun musiqi dünyası» adlı teatrlaşdırılmış konsert keçirilib - (Foto)
-
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
81 yaşlı Türkan Şorayın yeni görüntüsü gündəm oldu - (Foto)
-
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - (Video)
-
Evin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
-
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Sağlamlıq və maliyyə vəziyyətiniz sizin xeyrinizə olacaq
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldıldı
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Masallıda dərs zamanı şagirdə nə olub? - (Video)
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Röya: “Baldır Yar” - (Foto/Video)





