Mədəniyyət

Bakıda boyük uğurla Vikram Ruzaxunovun konserti keçirilib - VİDEO - FOTO

23 May 2022 21:22
0 Şərh     Baxış: 1 475
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vikram Ruzaxunov Qırğızıstandan olan məşhur caz pianoçusudur və Mərkəzi Asiyada cazın populyarlaşmasında mühüm rol oynamışdır.

Vikram tanınmış bəstələri Bakı səhnəsində heç kimin ifa etmədiyi və nümayiş etdirmədiyi tərzdə ifa etməyi sevir. Çik Koreanın improvizasiyasındakı musiqisi tamaşaçıların böyük sevincinə səbəb oldu və musiqiçi na-bis çağırıldı.

Musiqiçinin sözlərinə görə, o, dünya ifaçılarından maraqlı olanları götürməyə, öz yozum və ideyalarını əlavə etməyə çalışır. Musiqiçi öz yaradıcılığında geniş məharət nümayiş etdirir: öz aranjimanı ilə başlayıb musiqi əsərlərinin sərbəst şərhinə qədər.

Eksperimentallıq, dünya klassiklərinə çevrilmiş caz kompozisiyalarının orijinal təfsiri üçün daimi axtarış çoxdan musiqiçinin əlamətdar xüsusiyyətinə çevrilmişdir.

Vikramın başqa bir kozırı şərq motivlərini və xalq musiqisini asanlıqla və maneəsiz şəkildə caz improvizasiyalarına toxundurmaq bacarığıdır.

Konsert na-bis ifa və tamaşaçıların sürəkli alqışları ilə başa çatıb.

İnformasiya dəstəyi -  Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.