Mədəniyyət

"Gənclərə dəstək" layihəsində çərçivəsində "Barokko musiqisi axşamı"

25 Fevral 2022 13:58
0 Şərh     Baxış: 779
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

7 mart 2022-ci il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan musiqisi zalında, "Gənclərə dəstək" layihəsi çərçivəsində 8 mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş "Barokko musiqisi axşamı" adlı konsert keçiriləcəkdir. Konsertin solisti Beynəlxalq müsabiqələr laureatı Tofiq Zeynalovdur.

Qeyd edək ki, Tofiq Zeynalov Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının ilk və yeganə kontratenor səs tembrinə malikdir və  Üzeyir Hacıbəyli adına Bakı musiqi Akademiyasının  solo oxuma kafedrasının baş müəllimi,sənətşünaslıq üzrə fəlsəfə doktoru,Əməkdar artist, Azərbaycanın ilk kontratenor səsinə malik İlham Nəzərovun tələbəsidir. 

Bu il "Gənclərə dəstək" layihəsi 5 illiyini qeyd edir. Onun əsas vəzifəsi ölkədə gənc istedadların üzə çıxarılması və dəstəklənməsidir. Bundan əlavə, məqsədləri: dünya və yerli musiqi mədəniyyəti ənənələrinin qorunub saxlanılması və inkişafıdır.

Layihə çərçivəsində təqdim olunan proqramlar müxtəlif zövqlərə malik çox geniş auditoriyaya - yüksək akademik üslubun bilicilərinə, muğam, caz, estrada, eləcə də xor musiqisi həvəskarlarına ünvanlanıb.

"Gənclərə dəstək" layihəsi Azərbaycan Dövlət Akademik Filarmoniyası-nın direktoru, xalq artisti, professor, tanınmış piano ifaçısı Murad Adıgözəlzadə,kordinator musiqişünas Ayla Kərimova-Zəkəriyyənin təşəbbüsü və Azərbaycan Respublkası Mədəniyyət Nazirliyinin dəstəyi ilə 15 noyabr 2016-cı ildə yaradılmışdır. Layihənin ilk konserti "Multikulturalizm ili" çərçivəsində keçirilmişdir. "Gənclərə dəstək" layihəsi çərçivəsində konsertlər mütəmadi olaraq hər ay bir neçə dəfə həm Filarmoniya həm də Kamera və Orqan Musiqi Zalının səhnəsində keçirilir.

Bu günə qədər keçirilən konsertlərin hər biri geniş tamaşaçı auditoriyasının diqqətini cəlb edir və rəğbətini qazanir. Layihədə iştirak etmək üçün, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyasının, A. Zeynallı adına Musiqi Kollecinin tələbələri və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin, AMK tərkibində İncəsənət gimnaziyasının şagirdləri cəlb olunmuşdurlar. Layihənin hər bir konserti müxtəlif mövzulara həsr olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.