Azerbaijan Fashion Week 11-ci mövsüm: The return/Qayıdış - 1-ci GÜN - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İki illik fasilədən sonra Hilton Baku otelində Azerbaijan Fashion Week- Azərbaycan Moda Həftəsi öz işinə başlayıb.
Mövsümi nümayişin ilk günündə Amelie Baku Couture, NuBi Couture, Fakhriya Khalafova, Alexey Chzhen (Kazakhstan), L'Ora Atelier, K.Fabuel Fashion House, LIBÀS Couture Atelier kimi Azərbaycan və Qazaxıstanın yeddi moda evi və atelyesi yeni kolleksiyalarını təqdim ediblər.
Şüarı "Qayıdış/The return", rəmzi isə Qarabağ ərazisində bitən endemik gül - Xarı Bülbül olan Azərbaycan Moda Həftəsi Amelie Baku Couture moda evinin nümayişi ilə başlayıb. Amelie moda evinin yeni kolleksiyasında yer alan istənilən mövsüm üçün aktual olan dəbdəbəli ziyafət geyimləri və gəlinliklər zəngin ənənələrimizə ərməğandır. Dizayner Aygül Əlizadənin təqdim etdiyi kolleksiya ipəkdən, orqanzadan, atlazdan hazırlanmış, əl tikmələri, lələklərlə bəzədilmiş, ağ və pastel rəngli geyimlər əsasında hazırlanıb.
Dəbli NuBi Couture şalvar-kostyumlardan, qısa məxmər donlardan və zərif ziyafət geyimlərindən ibarət eklektik kolleksiya təqdim edib. Nübar Paşazadənin kolleksiyasının rəng diapazonu da müxtəlifdir - açıq mavidən tünd göyə və hətta klassik qaraya qədər.
Əməkdar incəsənət xadimi, modelyer, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Fəxriyyə Xələfovanın yeni kolleksiyanın əsas mövzusu Qarabağ olub. Xüsusilə bu şou üçün dizayner Xarı Bülbül gülünün unikal təzahürünü yaradıb. Qarabağın gül rəmzi qırmızı paltarın üzərində qədim ebru boyama texnikasından istifadə etməklə "çiçək açıb".
Məşhur qazaxıstanlı dizayner və stilist Alexey Chzhen Azərbaycan Moda Həftəsində kişilər və qadınlar üçün ready-to-wear kolleksiyasını nümayiş etdirib, onu bu işə ruhlandıran başlıca səbəb qarderobun köynək elementi olub. Mürəkkəb biçim, minimalistik, amma orijinal dekor və təvəzökar rəng qamması - Alexey Chzhen kolleksiyasını fərqləndirən xüsusiyyətlərdir.
L'Ora Atelier bu Moda Həftəsində mürəkkəb dekor və nadir parçalardan, məsələn, parlaq atlazdan, həm klassik, həm də orijinal üsulla biçilmiş zərif və incə ziyafət paltarından ibarət kolleksiyasını nümayiş etdirib.
Kubra Nuriyevanın Azərbaycan Moda Həftəsinə təqdim etdiyi kolleksiyanı əsas mövzuya - Qarabağa həsr edib. Təqdim olunan geyimlərin parçalarındakı parlaq rəsmlərdə Xudafərin körpüsü, Yuxarı Gövhər ağa məscidi kimi memarlıq abidələri, eləcə də bölgənin rəmzləri - Qarabağ atları və Xarı Bülbül çiçəyi öz əksini tapıb.
Zemfira Cəfərovanın və onun moda evi LIBÀS Couture Atelier-in yeni kolleksiyasına çiçək ornamentli zərif qadın donları, ciddi smokin-paltarlar və naxışlı ziyafət geyimləri daxildir.
Azərbaycan Moda həftəsinin rəsmi tərəfdaşları: Kronenborg 1664 Blank, Grante Wine, De'Longhi, Braun, Park Cinema, Patchi, Frey Wille, Lexus.
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az
Azerbaijan Fashion Week haqqında:
2015-ci ilin mayında Azerbaijan Fashion Week ilk mövsüm nümayişini keçirdi və bununla ölkədə Dəb Həftələrinin əsasını qoydu. Bu genişmiqyaslı layihə ölkədə moda bazarının yaranmasının başlıca səbəbi oldu, axı o dövrdə fəaliyyət göstərən modelyerlər pərakəndə çalışır, özlərini tanıtmaq, irəliləmək üçün xeyli səy göstərirdilər. Azerbaijan Fashion Week dəb sahəsində çalışan dizaynerlərin, bayerlərin, həm yerli, həm xarici mətbuatın, həm də paytaxtın bütün moda pərəstişkarlarının ayrı-ayrılıqda fəaliyyət cəhdlərini bir yerə cəmləyən platformaya çevrilib. Yarandığı gündən bəri, on mövsüm ərzində Azerbaijan Fashion Week ölkənin ən mühüm moda hadisəsi statusunu qoruyub saxlamaqdadır.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Flora Kərimova Birinci vitse-prezident Mehriban Əliyevaya müalicəsinə göstərdiyi xüsusi diqqətə görə təşəkkür edib - FOTO
-
Bakıda mövsümün musiqi imzası təqdim olundu – Signature Gala Night – FOTO
-
Bakıda qeyri-idman rəqsləri üzrə Azərbaycan çempionları müəyyənləşdi: Zəfərlə dolu mövsümün yekunları - FOTO
-
“Dilimiz milli-mədəni kimliyimizin təməlidir” layihəsi üzrə ilk seminar keçirilib - FOTO
-
Kamera və Orqan Musiqisi Zalında gənc pianoçu Şükran Cəfərovanın solo konserti böyük uğurla keçirilib - FOTO
-
Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycan Musiqisi Gecəsi keçirilib - FOTO
XƏBƏR LENTİ
-
37 ildir ziyarət edirdi: atasının məzarından başqasının qalıqları çıxdı
-
Piton ilanı qadını uddu
-
Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: dərhal uzaqlaşdırın
-
“Onu konsertə dəvət etməmişdim”
-
Su içmək üçün ən doğru vaxtlar
-
Telefonun batareya ömrünü necə artıraq?
-
Aylar sonra oğluna qovuşdu - FOTO
-
Bunları edin, gün boyu enerjili QALIN
-
Ev heyvanı saxlamaq stressi artıra bilər - Araşdırma
-
Arzu molekulu: Beyninizin gizli mühərriki dopamini idarəetmə təlimatı
-
Kral III Çarlzın ürək və dəri üçün faydalı, əlçatan səhər yeməyi
-
İnfantinonun zarafatı italiyalı nazirin xoşuna gəlmədi
-
Hidayət Orucov vəfat edib
-
Tovuzda qəza oldu - Ölən var
-
Şamaxıda Barbekü Festivalının birinci günü - FOTO
-
Almaniyada II Dünya müharibəsindən qalmış özüyeriyən artilleriya qurğusu tapılıb
-
Bakıda bir sıra parklanma məntəqələrinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılacaq
-
Tuğba milyonluq əmlakını dövlətə bağışlayacaq
-
Serdar Ortaç səhhəti ilə bağlı iddialara cavab verdi
-
Flora Kərimova Birinci vitse-prezident Mehriban Əliyevaya müalicəsinə göstərdiyi xüsusi diqqətə görə təşəkkür edib - FOTO
-
İsrail 12 günlük müharibədə məqsədinə çata bilməyib - Pezeşkian
-
İran və ABŞ arasında saziş iyunun 14-də imzalanacaq - Tramp
-
Şəhid anası vəfat etdi
-
Hörmüzdə göstərilən xidmətlərə görə haqq alınmalıdır - Bəqai





