37 ildir ziyarət edirdi: atasının məzarından başqasının qalıqları çıxdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ sakini Mark Uells dəhşətli həqiqətlə üzləşib. O, təsadüf nəticəsində öyrənib ki, 37 il ərzində atasının deyil, tamamilə yad bir kişinin məzarını ziyarət edib.
Milli.Az xarici mediaya istinadla bildirir ki, amerikalının sözlərinə görə, atası Deyl Ueyn Uells 1985-ci ilin fevralında işdən evə qayıdarkən itkin düşüb. Səkkiz ay sonra isə onun evindən təxminən altı kilometr aralıda insan qalıqları aşkarlanıb.
Tapılan qalıqlar vəhşi heyvanlar tərəfindən ciddi şəkildə zədələnmişdi. Hadisə yerinin yaxınlığında üç giliz də aşkar edilmişdi. Həmin vaxt hələ uşaq olan Marka atasının ov zamanı baş vermiş bədbəxt hadisə nəticəsində öldüyü bildirilib.
İllər sonra ona həqiqətin gizlədildiyini öyrənən Mark atasının taleyini araşdırmağa qərar verib. O, 2019-cu ildə qalıqların məzardan çıxarılmasına nail olub ki, DNT ekspertizası aparılsın. Yalnız 2022-ci ildə açıqlanan nəticələr isə onu sarsıdıb. Məlum olub ki, atasının məzarında dəfn edilən şəxsin Uells ailəsi ilə heç bir qohumluq əlaqəsi yoxdur.
Hazırda polis işi yenidən araşdırır. Hüquq-mühafizə orqanları həm məzarda dəfn olunan naməlum kişinin şəxsiyyətini müəyyənləşdirməyə, həm də əsl Deyl Ueyn Uellsin izinə düşməyə çalışırlar.
Mark 1985-ci ildə qalıqları kifayət qədər əsas olmadan atasına aid edən məhkəmə-tibbi ekspertinin səhlənkarlığına görə qəzəbli olduğunu bildirib.
Qeyd edək ki, Markın öz şəxsi araşdırmasına başlamasından dörd il keçməsinə baxmayaraq, o, atasının başına nə gəldiyini hələ də öyrənə bilməyib./Lent.az
DİGƏR XƏBƏRLƏR
-
Pavel Durov Rusiyada terrorçular və ekstremistlər siyahısına salındı
-
İrana silah tədarükü iddiasına Çindən cavab gəldi
-
Rusiya ordusu Ukraynada dörd yaşayış məntəqəsini nəzarətə götürdü
-
ABŞ-ın İordaniyadakı bazasında 3 F-35 məhv edilib
-
"Behzat Ç" saxlanıldı - (Yenilənib)
-
11 nəfərin boğulduğu suda üzüb "qorxmuruq" dedilər - (Video)
XƏBƏR LENTİ
-
Qarabağ suvarma kanalında bir nəfər batıb
-
Bakı Qızlar Universitetinin tələbələri digər universitetlərə köçürüləcək
-
Bakı Qızlar Universiteti fəaliyyətini dayandırdı - Rəsmi
-
Sabah Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq
-
“Kəpəz” heyətinə daha bir futbolçu cəlb etdi
-
Bir nəfər dənizdə batma təhlükəsi ilə üzləşdi
-
Pavel Durov Rusiyada terrorçular və ekstremistlər siyahısına salındı
-
Doktorantura üzrə hüquq ixtisaslarının siyahısı genişləndirildi
-
Kondisionerdən istifadə edənlərə xəbərdarlıq: 17 dərəcə...
-
Əli Əsədovdan Kərim Kərimovla bağlı qərar
-
İrana silah tədarükü iddiasına Çindən cavab gəldi
-
"Qarabağ", "Zirə" və "Neftçi" meydana çıxır - Oyun saatları bəlli oldu
-
Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib - (Foto)
-
Azərbaycanlı dənizçilərin olduğu gəmi PUA hücumuna məruz qalıb
-
Müjgan həbs edildi
-
Azərbaycanda külək güclənib - Faktiki hava açıqlanıb
-
1300-dən çox işləyən pensiyaçının pensiyası artırıldı
-
Üzdəki sızanaqları sıxmaq niyə təhlükəlidir?
-
Rusiya ordusu Ukraynada dörd yaşayış məntəqəsini nəzarətə götürdü
-
57 kq narkotik vasitə və 1981 ədəd psixotrop həbi dövriyyədən çıxarılıb - (Video/Foto)
-
ABŞ-ın İordaniyadakı bazasında 3 F-35 məhv edilib
-
Sağlam onurğa üçün mütəxəssisdən tövsiyələr
-
"Behzat Ç" saxlanıldı - (Yenilənib)
-
"Sabah"ın matçının hakimləri bəlli oldu





