Cəmiyyət

1300-dən çox işləyən pensiyaçının pensiyası artırıldı

30 İyul 2026 16:08
Baxış: 376
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb.

Milli.Az xəbər evrir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yaşa görə pensiya təyin edilmiş şəxs pensiya təyinatından sonra işləməkdə davam etdikdə, bu iş dövrünün 6 ili tamam olduqda onun pensiyası yenidən hesablanaraq artırılır.

İşləyən pensiyaçıların pensiyalarının bu qaydada yenidən hesablanması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən ilin sonundan proaktiv mexanizm üzərindən avtomatik qaydada həyata keçirilir.

Qeyd olunan hesablanmanın proaktivləşdirildiyi dövrdən indiyədək yaşa görə pensiya alan 1300-dən çox işləyən pensiyaçının pensiyası 6 illik yenidən hesablanma ilə əlaqədar yenidən hesablanaraq artırılıb.

Müvafiq qaydada pensiyaları yenidən hesablanan şəxslərə bu barədə SMS bildirişləri ilə məlumat da göndərilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.