Hadisə

Lerikdə 59 yaşlı kişi evində faciəvi şəkildə öldü

30 İyul 2026 15:07
Baxış: 250
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Lerik rayon sakini bədbəxt hadisə nəticəsində həyatını itirib.

Milli.Az Report-a istinadla xəbər verir ki, hadisə rayonun Livədirqə kəndində baş verib.

Kənd sakini, 1967-ci il təvəllüdlü Vaqif Ayazəli oğlu Quliyev səhər saatlarında yaşadığı evdə hündürlükdən yıxılıb. O, aldığı xəsarətlərdən ölüb.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.