Hadisə, Kriminal

Dostları ilə içki içən qız evə getməmək üçün elə şey etdi ki... - Polis işə qarışdı

1 Noyabr 2021 20:18
0 Şərh     Baxış: 1 887
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məktəbli qız valideynlərinin qorxusundan Moskvanın mərkəzində zorlanmaya məruz qaldığı barədə yalan uydurub. Bəlli olub ki, dostları ilə görüşdükdən sonra evə sərxoş qayıtmaqdan qorxduğundan belə bir yalan uydurub.

Milli.Az xəbər verir ki, bu barədə SHOT Telegram kanalı məlumat yayıb. Telegram kanalının məlumatına görə, qız rəfiqələri ilə içib sərxoş olduğundan telefonu söndürüb evə getməmək qərarına gəlib. Evə gələndə valideynlərinə zorlama barədə danışıb - onun versiyasına görə, maskalı və tünd paltarda olan Asiya görünüşlü bir kişi ona hücum edib. Valideynləri də bu barədə dərhal polisə məlumat veriblər. Polis də bütün CCTV kameralarına baxıb və "qurban"ın hekayəsinin uydurma olduğunu anlayıb. O, ifadəsində israr etməyə davam etsə də, sonda bunu etiraf edib.

Anar Əli
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.