11 yaşlı qızın dünyaya uşaq gətirməsi İngiltərəni qarışdırdı.
Milli.Az sherg.az-a istinadən xəbər verir ki, balaca qızın ailəsinin doğuşa qədər mövcud durumdan xəbərdar olmaması hər kəsi şoka salıb.
"The Sun" qəzetinə danışan sosial xidmət işçiləri ana və uşağın sağlamlığını addım-addım yoxladıqlarını və hər ikisinin də vəziyyətinin yaxşı olduğunu söyləyiblər.
Qızın ailəsi isə hadisədən şoka düşdüklərini və vəziyyət qarşısında nə edəcəklərini bilmədiklərini deyiblər.
Həkim Karol Kooper qızın İngiltərənin ən gənc anası olduğunu və bu yaşda dünyaya uşaq gətirən qızın infeksiya riskinin də az olduğunu söyləyib.
Milli.Az