Hadisə, Kriminal

Onlarla qadını öldürüb həyətdə basdırıb - İnanılmaz olay hamını heyrətə saldı

21 May 2021 12:44
Baxış: 4 757
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Salvadorda keçmiş polis əməkdaşı onlarla qadını öldürüb, meyitlərini isə həyətində basdırıb.

Milli.Az xəbər verir ki, bu barədə Britaniyanın The Guardian qəzeti yazıb. 51 yaşlı eks-polis əməkdaşı Uqo Ernesto Osorio Çavesi keçən ay polis əməkdaşları qadın və qızını öldürməyə görə saxlamışdılar. Bundan əvvəl isə onu seksual cinayətlərdə günahkar bilmişdilər.

Evdə axtarış zamanı içərisində qadın meyitləri olan 7 quyu aşkar olunub. İndiyə qədər 24 qadın meyiti aşkarlanıb, onların yaşı 40-ı keçmir. Polis daha 9 şübhəli şəxsin həbsinə order verib. Onların arasında polis və ordu zabitləri var. Evin ətrafında onlarla insan toplaşıb. Onlar öldürülənlərin arasında yaxınlarının olacağına ümid edirlər.

Kamran Seyidov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.