Hadisə, Kriminal

"Məni yol kənarına çıxarıb, pul qazanmağı tələb edirdi" - Fahişəliyə məcbur edilən qadın - VİDEO

19 May 2021 14:44
Baxış: 3 630
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Antalyada bir qadın 9 il əvvəl evləndiyi əri Ö.K. tərəfindən olmazın zülmlərə görə ictimaiyyətdən kömək istəyib.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, 13 yaşında ərə gedən qadını əri əvvəlcə zorla narkotik istifadəçisinə çevirib, bir müddət sonra isə pul tapmaq üçün onu fahişəliyə və oğurluğa cəlb edib.

"Məni yol kənarına çıxarıb, "burada kişilərlə ol, axşama kimi pul qazan" deyirdi. Pulu gətirdikdə isə "qazandığın bu qədərdimi?" deyə əsəbiləşirdi", qadın bildirib. İki uşaq anası Ceyda K. bu həyat tərzindən qurtulmaq üçün kömək istəyir. Narkotik bataqlığından qurtulub, biri evində, digəri də qohumlarında olan övladlarına qovuşmaq ən böyük arzusudur.

Kamran Seyidov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.