Hadisə, Kriminal

Bakı Şəhər Baş Polis İdarəsində əməliyyat müşavirəsi keçirildi

23 Aprel 2010 15:43
Baxış: 252
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İdarədən Milli.Az xəbər portalına verilən məlumata görə, müşavirəni giriş sözü ilə açan Bakı şəhər BPİ-nin rəisi, polis general-mayoru Rafiq Abbasov bildirib ki, Baş İdarənin tabeçiliyində olan idarə və şöbələrdə təşkilatçılıq və idarəçilik işinin yaxşılaşdırılması, ərazi polis orqanlarının əməliyyat şəraitinə nəzarət imkanlarının və təsirinin yüksəldilməsi, nöqsanların və çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür. O, əməkdaşlar tərəfindən qanunçuluğa, xidməti və icra intizamına, insan hüquqlarına riayət olunmasına nəzarət və tələbkarlıq gücləndirildiyini, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılmasına xüsusi önəm verildiyini bəyan edib.

Daha sonra BŞBPİ-nin rəis müavini, polis general-mayoru Elxan Həsənov hesabat dövründə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və təhlükəsizliyin təmini, əməliyyat-xidmət fəaliyyətinin digər sahələrində həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış edib. Hesabat dövründə Bakı şəhərində 2602 cinayət hadisəsinin qeydə alındığını qeyd edən rəis müavini onların 2206-ı və ya 84,7%-ni az ağır və böyük ictimai təhlükə törətməyən, 15,3 %-i isə ağır və xüsusilə ağır cinayətlər olduğunu bildirib. Aparılmış qabaqlayıcı profilaktiki tədbirlərin düzgün təşkili nəticəsində əvvəlki illə müqayisədə qəsdən adam öldürmələr 23,1%, quldurluqlar 12,9%, soyğunçuluqlar 16%, qəsdən sağlamlığa az ağır xəsarət yetirmə 14,3%, dələduzluq cinayətləri 4,6%, adam oğurluğu cinayətləri 4 dəfə, hədə-qorxu ilə tələb etmə cinayətləri 20%, şəxsi əmlak oğurluğu 2,5% azalıb. Rəis müavininin sözlərinə görə, ölümə sui-qəsdlər sabit qalıb (6 fakt), zorlama cinayətləri isə ümumiyyətlə qeydə alınmayıb. Ümumi cinayətlərin açılması ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2% yaxşılaşaraq 79,6%, ağır növ cinayətlərin açılması isə 2,6% yaxşılaşaraq 77,5% təşkil edib. Bütövlükdə naməlum şəraitdə baş vermiş cinayətlərin 61,4%-nin (2009-cu ildə 54,5%) açılması təmin olunub.

Hesabat dövründə qeydə alınmış 704 şəxsiyyət əleyhinə cinayət hadisəsindən ötən ildən icraatda olmuş cinayətlərlə birlikdə 687-nin, başqa sözlə, 95,7%-nin (2009-cu ildə 94,4%) açılması təmin olunub. Ötən ildən icraatda olmuş cinayətlərlə birlikdə qeydə alınan 10 qəsdən adam öldürmənin hamısı, ölümə sui-qəsdlərin 87,5%-i, quldurluqların 68,4%-i (66,7%), soyğunçuluqların 72,3%-i (64,6%) açılıb. Hesabat dövründə 28 soyğunçuluq və quldurluq cinayəti törətmiş 29 nəfərdən ibarət 10 qrup, eləcə də 11 mənzil oğurluğu cinayəti törətmiş 5 nəfərdən ibarət 3 qrup ifşa edilib.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı aşkar olunan cinayətlərin, o cümlədən satış ilə əlaqədar faktların sayı müvafiq olaraq 2,6 və 15 faiz azalıb, 2009-cu ilin 1-ci rübü ilə müqayisədə qanunsuz dövriyyədən güclü təsirə malik 3,9 kq tiryək, 5 kq-dan artıq heroin dövriyyədən çıxarılıb.

Axtarışda olan təqsirləndirilən şəxslərin axtarılması da fəal surətdə davam etdirilib, 598 cinayətkardan 236-nın, başqa sözlə 39,5%-nin (2009-cu ildə 39%) tutulması təmin edilib, keçən ilin müvafiq dövrü ilə müqayisədə axtarış işlərinin sayı 110, qalıq isə 70 fakt azalıb.


Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.