Hadisə, Kriminal

"Subaru"nu oğurlayıb "Mersedes"i yandırdı

6 Mart 2010 14:54
Baxış: 164
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, Əhməd Rəcəbli küçəsi ev 11-in qarşısından Qaraçuxur qəsəbə sakini Cavanşir Bayramov Bakı sakini Cavid Feyzullayevə məxsus "Subaru" markalı avtomobili qaçırıb. O, oğurluq maşını idarə edərkən Əhliman Rəhimovun idarə etdiyi "Mercedes" markalı avtomobilə vurub. Nəticədə "Mercedes"də yanğın  baş verib.

Xəsarət almış Əhliman Rəhimov xəstəxanaya yerləşdirilib. Axtarış tədbirləri nəticəsində avtomobili qaçıran C.Bayramov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.