"Subaru"nu oğurlayıb "Mersedes"i yandırdı
6 Mart 2010 14:54
Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, Əhməd Rəcəbli küçəsi ev 11-in qarşısından Qaraçuxur qəsəbə sakini Cavanşir Bayramov Bakı sakini Cavid Feyzullayevə məxsus "Subaru" markalı avtomobili qaçırıb. O, oğurluq maşını idarə edərkən Əhliman Rəhimovun idarə etdiyi "Mercedes" markalı avtomobilə vurub. Nəticədə "Mercedes"də yanğın baş verib.
Xəsarət almış Əhliman Rəhimov xəstəxanaya yerləşdirilib. Axtarış tədbirləri nəticəsində avtomobili qaçıran C.Bayramov tutulub.
Faktla bağlı araşdırma aparılır.
Anar Məmmədov
Milli.Az