Hadisə, Kriminal

Bakıda ruhi xəstə özünü asdı

11 Aprel 2011 10:21
Baxış: 136
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakının Xəzər rayonunda ruhi xəstə canına qəsd edib. Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, Türkan qəsəbə sakini 53 yaşlı Gülağa Ağalarov özünü yaşadığı evin həyətində asıb.

Mərhumun ağacdan asılmış meyiti aprelin 10-da saat 11:00 radələrində aşkarlanıb. Onun özünə qəsd etməsinin səbəbləri məlum olmasa da, ruhi xəstə olduğu bildirilir. G.Ağalarov xeyli yaşı olmasına baxmayaraq, ailə həyatı qurmayıbmış.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.