Hadisə, Kriminal

Karate üzrə 7 qat ölkə çempionunun qatilləri tutuldu - YENİLƏNİB

24 Yanvar 2011 11:13
Baxış: 10 776
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
İki gün əvvəl alpinizm və karate üzrə 7 qat ölkə çempionu Samir Ağayevi qətlə yetirən şəxslər yaxalanıb. Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Milli.Az xəbər portalına verilən məlumata görə, yanvarın 22-si saat 01:00 radələrində Samir Ağayev bədənin müxtəlif yerlərinə balta ilə yetirilmiş xəsarətlər nəticəsində Bakıxanov qəsəbəsi N.İsmayılov küçəsindən 3 saylı xəstəxanaya gətirilib və orada ölüb.

BŞBPİ-nin cinayət-axtarış idarəsi, Yasamal rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi, Sabunçu RPİ və 13-cü polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisədə təqsirli bilinənlər yanvarın 23-də tutulub. Onlar Bakı şəhər sakinləri Rasim Mirzəyev Nemət Cəfərovdur.
Qətlin təfərrüatları barədə məlumat veriləcək.

-----------------
22 yanvar
14:14

Sabunçu rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, qətlə yetirilən Samir Ağayev idmançıdır. Onun alpinizm və karate üzrə 7 dəfə ölkə çempionu, həmçinin Şahdağ massivindəki "Heydər Əliyev" zirvəsini ilk dəfə fəth edən şəxs olduğu bildirilir.

Qeyd edək ki, mərhum balta ilə öldürülüb. Qətlin kim tərəfindən törədilməsi isə hələ də qaranlıq olaraq qalır. 

--------------
10:36

Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib. Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, Bakıxanov qəsəbəsində 31 yaşlı Samir Ağayev qətlə yetirilib. Hadisə yanvarn 22-nə keçən gecə saat 01:30 radələrində qəsəbə ərazisindəki dəmir yolu stansiyasının qarşısında baş verib.
O, kəsici alətlə ürək nahiyəsindən xəsarət yetirilmiş halda tapılıb. Xəstəxanaya aparılarkən yolda keçinib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.