Milli.Az bildirir ki, Day.Az-a həlak olanın ailəsinə yaxın olan mənbədən bildirilib ki, qəza zamanı Fərid Dadaşov və dostu Emil Məmmədov Hyundai ix35 markalı avtomobildə olublar. Hər ikisi qəzada ölüb.
----------
13:38
Milli.Az xəbər verir ki, avtomobildə Fərid Dadaşovla birlikdə olan və əsl adi Emin yox, Emil Məmmədov olan dostu ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi və komada idi.
Amma son əldə etdiyimiz məlumata görə, o da artıq dünyasını dəyişib.
Allah hər ikisinə rəhmət eləsin!
---------
11:51
Milli.Az-ın əldə etdiyi məlumata görə, Fərid Dadaşov yaxın dostları ilə Şahdağ istirahət mərkəzinə şəxsi maşını ilə yox, başqa bir avtomobil ilə gedib.
O, Hyundai markalı avtomobillə gedib, sükan arxasında oturmayıb. Şahdağdan qayıdarkən idarəetmedən çıxan maşın dağdan yuvarlanıb.
Fərid dünyasını dəyişib, sürücünün isə komada olduğu bildirilir.
----------
09:35
Lent.az-ın məlumatına görə, gənclərin dostları sosial şəbəkələrdə onların "Şahdağ" İstirahət Mərkəzinə dincəlməyə getdiklərini, geri qayıdarkən qəzaya uğradıqlarını yazıblar.
Məlumata görə, F. Dadaşov iş adamı Nazim Dadaşovun oğludur.
---------
09:17
Dünən axşam saat 19 radələrində Bakı-Qusar yolunda ölümlə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın xəbərinə görə, Qusar şəhəri ərazisində 90-NF-003 nömrə nişanlı "Maserati" markalı avtomobilin aşması nəticəsində bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb.
Məlumata görə, maşının sürücüsü, Bakı şəhər sakini 20 yaşlı Fərid Nazim oğlu Dadaşov hadisə yerindəcə dünyasını dəyişib.
Maşındakı digər sərnişin, 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Emin Oqtay oğlu Məmmədli isə ağır bədən xəsarətləri ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına çatdırlıb.
Onun vəziyyətinin ağır olduğu bildirilir.
Anar Məmmədov, Elşən İmanov, Ceyhun Ələkbərov
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
----------
13:35

----------
10:17


















----------
09:56



















----------
09:35


Fotolar: Facebook, İnstagram