Kriminal

Gəncə sakinində narkotik vasitə aşkarlanıb - FOTO

14 İyul 2021 11:54
0 Şərh     Baxış: 1 091
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə St Xətt Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Milli.Az-a verilən məlumata görə, qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Bayramov polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib. Şöbədə onun üzərində şəxsi axtarış keçirilən zaman əlindəki polietilen torbadan ümumi çəkisi 2 kq 400 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.