Kriminal

Sumqayıtda mübahisə zamanı gənc oğlanın başı daşa dəyərək ölüb

6 İyun 2021 23:34
Baxış: 2 200
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sumqayıtda bədbəxt hadisə baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin 12-ci mikrorayonu ərazisində qeydə alınıb.

Gənclər arasında yaranmış anlaşılmazlıq ölümlə nəticələnib. Mübahisə zamanı 1993-cü il təvəllüdlü İmanlı Vahid Cavanşir oğlu yerə yıxılıb və başı daşa dəyib. 28 yaşlı gənc aldığı xəsarətdən dünyasını dəyişib. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.