Kriminal

Bakıda iş adamının intiharının şok təfərrüatı: Biləklərində təzə kəsiklər... - FOTO

17 Noyabr 2020 18:48
Baxış: 7 949
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

15 noyabrda Bakının Nəsimi rayonunda iş adamı Ramin Əliyevin (1984-cü il təvəllüdlü) intihar etməsinin bəzi təfərrüatı məlum olub.

Qeyd edək ki, R.Əliyev Mehbalı Zeynalabdıyev küçəsi, 8 saylı binanın qarşısındakı həyətdə avtomobilinin baqajından ov silahını götürərək, başına atəş açıb.

R.Əliyevin cəsədi saat 16:00 radələrində tapılıb.

Milli.Az xəbər verir ki, Rayon prokurorluğundan Oxu.az-a verilən məlumata görə, faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hüquq-mühafizə orqanlarındakı digər mənbələrdən əldə edilən məlumata görə, iş adamının biləklərində təzə kəsiklər tapılıb ki, bu da R.Əliyevin ən azı daha bir dəfə intihara cəhd etdiyini göstərir.

Həmçinin, məlum olub ki, R.Əliyev qayınatasına məxsus böyük tikinti şirkətində yüksək vəzifə tutub.

Qeyd edək ki, bu tikinti şirkəti "İnşaatçılar" metrostansiyasının yaxınlığında bir sıra yaşayış binaları ucaldıb.

Mərhumu intihara sövq edən səbəb hələlik məlum deyil.

Dindirmə zamanı R.Əliyevin yaxınları və dostları onun son vaxtlar qəribə davrandığını, rəftarında nəzərəçarpacaq dərəcədə narahatlıq müşahidə edildiyini söyləyiblər.

Bəzi məlumatlara görə, intihar Əliyevlər ailəsində yaranan münaqişənin nəticəsidir.

Hüquq-mühafizə orqanları isə bildirib ki, bu versiya araşdırılır, lakin hələ təsdiqini tapmayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.