Bakıda rəqqasə Aytən Əliyevanın avtomobilinə hücum edilib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə A.Əliyeva özü məlumat verib.
O qeyd edib ki, bağ evinin qarşısında park etdiyi avtomobilə gecə oğru və ya oğrular tərəfindən hücum olub.
Lakin avtomobilin təhlükəsizlik siqnalı işə düşdüyü üçün maşından heç nə oğurlaya bilməyiblər.
Milli.Az