Tanınmış rəqqasənin maşınına hücum olub - VİDEO

26 Avqust 2020 10:22

Bakıda rəqqasə Aytən Əliyevanın avtomobilinə hücum edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə A.Əliyeva özü məlumat verib.

O qeyd edib ki, bağ evinin qarşısında park etdiyi avtomobilə gecə oğru və ya oğrular tərəfindən hücum olub.

Lakin avtomobilin təhlükəsizlik siqnalı işə düşdüyü üçün maşından heç nə oğurlaya bilməyiblər.

Milli.Az