Kriminal

Tərtər sakinini şantaj edən şəxslər tutulub

6 İyul 2020 19:11
Baxış: 1 384
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tərtər sakinini sosial şəbəkədə rüsvay edəcəkləri ilə bağlı hədə-qorxu gələn şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini olan bir nəfər cari ilin yanvar ayından iyun ayınadək olan müddətdə həmyerlisi H.Əsədova və Goranboy rayon sakini K.Bayramovun onu sosial şəbəkədə rüsvay edəcəkləri ilə hədə-qorxu gəlib 500 manatını aldıqlarını bildirib. 

Faktla əlaqədar Tərtər RPŞ-də Cinayət Məcəlləsininin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.