Bakıda bir mənzili bir neçə nəfərə satmaqda təqsirləndirilən "Birlik-İnşaat"ın təsisçisi və direktoru Elman Tağıyev, ''Hasil'' şirkətinin direktoru Hüseyn Əsgərov və onlarla birgə ittiham olunan İntiqam Əvəzov, Əfqan Zeynalovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Milli.Az APA-ya istinadən bildirir ki, təqsirləndirilən şəxslərlə bağlı toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Siyavuş Hacıyevin icraatına verilib.
İş üzrə 17 nəfər zərərçəkən şəxs var.
Qeyd edək ki, təqsirləndirilən şəxslər bir mənzili bir neçə nəfərə satmaqda ittiham olunurlar. Onlar barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq,külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham verilib.
Milli.Az